Azərbaycanda torpaqlar Türkiyə təcrübəsilə birləşdiriləcək
Torpaqların konsolidasiyası fermerlərin işinə müsbət təsir göstərəcək.
Bunu torpaqların konsolidasiyası üzrə milli strategiyanın və pilot layihənin hazırlanmasına dəstək layihəsi çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və Salyanın Şorsulu kəndinin fermerlərinin Türkiyəyə səfəri zamanı Salyan rayonu Şorsulu kəndinin fermeri Balaş Əhmədov deyib.
O bildirib ki, 4 gün ərzində Türkiyənin Dənizli və Aydın şəhərlərində torpaqların konsolidasiyası ilə bağlı görülən işlərlə tanış olub. Tanışlıq zamanı Türkiyənin fermerlərinin bu konsolidasiyadan müsbət şəkildə yararlandıqlarını müşahidə edib. Onlar konsolidasiyadan sonra ən azı iki dəfə çox məhsul götürür, öz ərazilərini rahat şəkildə suvarırlar.
B.Əhmədov qeyd edib ki, səfərdən qazandığı təcrübəni, torpaqların konsolidasiyası ilə bağlı müsbət fikirləri Salyanın Şorsulu kəndində digər fermerlərlə də bölüşəcək. Onları bu layihə ilə daha ətraflı tanış edəcək, layihəyə cəlb etmək üçün çalışacaq.
© Azərtac
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
"Rabalon" şirkəti "AgroDairy" şirkətində "ServiceDesk Plus"ın bulud inteqrasiyasını uğurla həyata keçirib
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
3 d. əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
-
27 d. əvvəl
“SOCAR CAPE” dövlət ixracatçılarının ilk onluğuna daxil oldu
- 35 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
Ukraynanın Rusiyanın "LUKOYL" neft emalı zavoduna zərbələri nəticəsində güclü yanğın başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unicapital “SİMA İmza”nın biometrik imzalama həllindən istifadə edən ilk investisiya şirkəti oldu
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
İyulun 3-də gözlənilən hava şəraiti
Ukraynanın Rusiyanın "LUKOYL" neft emalı zavoduna zərbələri nəticəsində güclü yanğın başlayıb
“Azərenerji” ixracını təxminən 2 dəfə artırıb
Ən çox oxunanlar
ARDNŞ-in idarəsi dövlət ixracatçılarının ilk onluğundakı ümumi geriləmənin əsas səbəblərindən biridir
"Sea Breeze"də "Caspian Motor Show 2026"keçirilib - FOTOLAR
Unicapital “SİMA İmza”nın biometrik imzalama həllindən istifadə edən ilk investisiya şirkəti oldu
AZAL-ın ixrac göstəricisi 7,6% azalıb
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı kəskin azalıb
"Rabalon" şirkəti "AgroDairy" şirkətində "ServiceDesk Plus"ın bulud inteqrasiyasını uğurla həyata keçirib




















