Dünya Azərbaycandan nar istəyir - AZEXPORT İLƏ SİFARİŞLƏR ARTIR
2017-ci ilin 11 ayı ərzində Azexport.az portalına dünyanın 71 ölkəsindən 444.6 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olmuşdur.
"Marja" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2017-ci ilin dekabr ayı sayına istinadən xəbər verir ki, Azexport.az portalına 2017-ci ilin noyabr ayında daxil olan ixrac sifarişlərinin dəyəri isə 47.3 milyon ABŞ dolları təşkil etmişdir.
Portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (18.4 %) ilə yanaşı, Türkiyənin (7.1%), Ukraynanın (5.8%), Hindistanın (4.5%) və ABŞ-ın (4.2%) adı vardır.
Noyabr ayında Küveyt, CAR, Suriya, Macarıstan, Makedoniya kimi yeni ölkələrdən ixrac sifarişi daxil olmuşdur. Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, noyabr ayında ən çox ixrac sifarişləri aşağıdakı mallara daxil olmuşdur: alma, nar, nar şirəsi, nar konsentratı, toyuq yumurtası, çay, günəbaxan yağı, qarğıdalı yağı, pambıq yağı, meyvə cemi, fındıq ləpəsi, tütün, makaron, uşaq bezi, ipək xalça, şərab, qənnadı məhsulları, soğan, şüşə qablar, mühərrik yağı, şəkər tozu, quru süd və s.
Maraqlıdır ki, noyabr ayında nara və ondan istehsal olunan məhsullara sifarişlərin artdığı müşahidə olunmuşdur. ABŞ, İngiltərə, Cənubi Afrika Respublikası, Rusiya, Ukrayna, Avstraliya, Qətər və s. ölkələrdən bu məhsullara sifarişlər daxil olmuşdur.
2017-ci ilin 11 ayı ərzində Azexport. az portalı vasitəsi ilə ixrac sifarişi daxil olan malların siyahısında nar və ondan istehsal edilən məhsullar önə çıxmışdır. Dünyanın 20-dən çox ölkəsindən nar, nar şərabı, nar şirəsi və nardan istehsal edilən digər məhsullara sifariş daxil olmuşdur.
Azərbaycanın nar məhsullarına ABŞ, İngiltərə, Almaniya, Fransa, İtaliya, Kanada kimi iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdən maraq böyük olmuşdur. Həmçinin Rusiya, Türkiyə, Ukrayna, Cənubi Afrika Respublikası, Avstraliya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Latviya, Polşa, Hindistan, Səudiyyə Ərəbistanı, Liviya, İraq və s. ölkələrdən də nar və ondan istehsal edilən məhsulları sifariş daxil olmuşdur. Bu sifarişlərin təhlili göstərir ki, Azərbaycanın nar məhsulları rəqabət qabiliyyətlidir və bu sahədə ixrac imkanları böyükdür.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
1 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 13 d. əvvəl
- 15 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























