Bitcoin-in kəskin ucuzlaşmasının səbəbləri məlum oldu
Yaponiyadan gələn son dəqiqə xəbərləri və kriptovalyuta bazarında sözü keçən bir sərmayəçinin (həm də ekspert) satış etdiyi barədə "tweet" yazması ilə, Bitcoin qiymətləri kəskin düşüb.
Bitcoin-in qiyməti cümə günü rekord qıraraq 20 000 dolları keçmişdi. Virtual pul bu il təxminən 20 dəfə dəyər qazanıb. Nüfuzlu birjalar - Cboe Global, sonra da CME Group Bitcoin ilə fyuçerslər təqdim etməyə başlayıblar.
"Marja" xəbər verir ki, bu gün isə Bitcoin-in qiyməti 16 min dollardan aşağını görüb.
Sinqapur Mərkəzi Bankı Bitcoin qiymətlərindəki kəskin şəkildə yüksəlişin spekulyasiya mənşəli olduğunu və ani geriləmə olacağını bəyan edib. Bu açıqlamadan sonra ucuzlaşama başlayıb.
Reuters-ın xəbərə görə isə, Bitcoin əməliyyat həcminin 30 - 50% səviyyəsilə "aslan" payına malik olduğu Yaponiyada "Cis" adı ilə tanınan məşhur mütəxəssis satış xəbərdarlığı edib. Bununla Bitcoin qiymətində azalma baş verib.
21 milyard yen, yəni 186 milyon dollar aktivi olduğu bildirilən "dəllal" son 24 saatda yüksək miqdarda Bitcoin satdığını qeyd edib və sonra kriptovalyuta bazarı hərəkətə gəlib. Tokiolu analitiklərə görə, digər Yapon investorlar da analoji mövqe alıblar (Bitcoin satıblar). Nəticədə də Bitcoin qiymətləri sürətlə düşüb.
Bazar günü 20 min 52 dollara çıxan Bitcoin-in qiyməti 15 min 992 səviyyəsinə düşüb. Beləliklə, Bitcoin 2 gündə 18 faiz dəyər itirmişdir. Sentyabr ayında 40 faiz ucuzlaşama ilə 4 min 979 dollardan 2 min 972 dollara və noyabr ayında da 30 faiz itkilə 7 min 888 dollardan 5 min 555 dollara düşməsindən sonra, bu, Bitcoin qiymətlərindəki ən ciddi azalmadır.
Digər tərəfdən, Bitcoin və digər virtual pulların ən böyük əməliyyat həcminə malik olduğu Asiya bazarında, Cənubi Koreya və Yaponiyanın Mərkəzi Bankları Bitcoin üçün xəbərdarlıqlar etməyə davam edir.
Son olaraq Yaponiyanın maliyyə naziri Taro Aso Bitcoin üçün "Etibarlı bir pul vahidi deyil" demişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
52 d. əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bank sektorunda təmərküzləşmə azalıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Ən çox oxunanlar
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU






.jpg)






.jpg)






