AccessBank-ın dəstəyi ilə “Qadının yaşı olmur” adlı tədbir keçirildi
Dekabrın 19-da “Four Seasons” otelində AccessBank-ın dəstəyi, “Pəncərə” və “Granation” klublarının təşkilatçılığı ilə “Qadının yaşı olmur” adlı tədbir keçirilib.
Gecə Azərbaycanın ictimai həyatında iştirak etmiş və ölkə inkişafına töhfə vermiş qadınlara həsr olunmuşdur.
Tədbirin aparıcısı, Əməkdar artist Nərgiz Cəlilova qonaqları salamlayaraq, Azərbaycan qadınlarının öz ağılı, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında yüksək yer tutduğunu vurğulayıb.
Daha sonra “Pəncərə” klubunun rəhbəri, yazıçı Günel Anarqızı və “Granation” klubunun təsisçisi Nərmin Mahmud qonaqları salamlayaraq, klubların fəaliyyətindən, gecənin məramından söz açdılar.
Gecədə iştirak edən AccessBank-ın Marketinq Departamentinin rəhbəri Günay Cəlilova 100-dən çox gözəl qadını bir arada görməkdən çox məmnun olduğunu qeyd edərək öz fikirləri ilə bölüşdü:
“Əgər əvvəllər qadının əsas rolu dünyaya uşaq gətirmək, onları böyütmək, tərbiyəsi ilə məşğul olmaq və məişət işləri ilə məhdudlaşırdısa, günümüzdə qadınlar dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. sahələrdə geniş təmsil olunurlar. Yaşlarından asılı olmayaraq, qadınların həyat və professional təcrübəsi cəmiyyət üçün hər zaman çox faydalıdır.
AccessBank yaradıldığı tarixdən etibarən öz Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində hər zaman qadınlara dəstək məqsədilə çoxsaylı layihələr həyata keçirib. Bu layihələrin əksəriyyəti Azərbaycanın regionlarında qadın sahibkarlara maliyyə savadlılığı sahəsində treninqlərin keçirilməsi ilə bağlı olub. Sevindirici haldır ki, illər öncə bizim maliyyə savadlılığı sahəsində treninq keçirdiyimiz qadınların bir çoxu hal-hazırda uğurlu sahibkar qadınlara çevriliblər və biz onlarla qürur duyuruq. AccessBank olaraq biz bundan sonra da qadınlarımıza hər tərəfdən dəstək olmağa davam edəcəyik.”
Gecədə çıxış edən Çingiz Abdullayev, Fəxrəddin Manafov, Faiq Ağayev bu qədər çox sayda gözəl və uğurlu qadının iştirak etdiyi bir tədbirə dəvət olunduqları üçün minnətdarlıqlarını bildirdilər və Azərbaycan qadınının milli-mənəvi dəyərlər sistemimizin təşəkkülündə və yaşadılmasında müstəsna rolu olduğunu qeyd etdilər.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 25 d. əvvəl
-
- 29 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















