Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İlk özəl kredit bürosu təsis edildi, Xalid Əhədov sədr seçildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlk özəl kredit bürosu təsis edildi, Xalid Əhədov sədr seçildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün “Azərbaycan Beynəlxalq Bankı”nın Baş ofisində özəl kredit bürosunun yaradılması üzrə Təşəbbüs Qrupunun iclası keçirilib.

 

Reklam_3_11

Azərbaycan Banklar Assosiasiyasından "Marja"ya verilən məlumata görə, iclas zamanı “Azərbaycan Kredit Bürosu” MMC-nin təsis edilməsi qərara alınıb.

 

Büronun təsisçiləri “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank Respublika” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “Unibank KB” ASC və “Ziraat Bank Azərbaycan” ASC olub.

 

İclasda həmçinin cəmiyyətin nizamnaməsi, idarəetmə orqanlarının formalaşdırılması ilə əlaqədar məsələlər və cəmiyyətin dövlət qeydiyyatı ilə bağlı işlərə başlanması təsdiq edilib. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Xalid Əhədov cəmiyyətin Müşahidə Şurasının sədri seçilib.

 

Qeyd edək ki, kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayan, saxlayan, təhlil edən və kredit hesabatlarını verən, həmçinin “Kredit büroları haqqında” qanunu və digər qanunvericilik aktları ilə qadağan olunmayan fəaliyyət növləri ilə məşğul olan qurumdur.

20.12.2017 15:49

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar