Dövlətdən 5 milyard manatlıq "qonaqlıq"!
2017-cı ilin yanvar-noyabr ayları ərzində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 665 milyon 393 min manat dövlət istiqrazları yerləşdirilib.
"Marja" xəbər verir ki, bu, ötən ilin 11 ayı ilə müqayisədə 1,7 dəfə çoxdur. 2016-cı ilin yanvar-noyabr ayları ərzində Maliyyə Nazirliyinin 380 milyon 588 min manatlıq dövlət istiqrazı yerləşdirilmişdi.
Mərkəzi Bankın notlarının yerləşdirilməsi daha kəskin artıb. 2016-cı ilin 11 ayı ərzində 160 milyon 398 min manat olan yerləşdirmə 4 milyard 261 milyon 386 min manata çatıb (artım 26,5 dəfə).
İlkin və təkrara bazar daxil dövlət qiymətli kağızlar bazarının həcmi 5 milyard manata yaxındır.
Qeyd edək ki, dövlət istiqrazlarının və notların əsas alıcılar banklar və sığorta şirkətləridir. Onlar vəsaitlərini dövlət qiymətli kağızlarında yerləşdirərək faiz gəlirləri əldə ediblər və etməkdədirlər. Mərkəzi Bank notları devalvasiyadan sonra apardığı sərt pul siyasəti çərçivəsində emissiya edir. Maliyyə Nazirliyi isə istiqraz buraxılışı yolu ilə cəlb etdiyi vəsaitlər ilə büdcə kəsirinin bir hissəsini bağlayır.
Gələn ildən "qonaqlığın" yavaş-yavaş azaldılacağı gözlənilir. Bank sektorundakı likvid vəsaitlər real sektora xidmət etməlidir.
Bazarın sektoru | Dövriyyə (azn), 2017 | Dövriyyə (azn), 2016 | ||
| Əqdlərin həcmi, AZN | Əqdlərin sayı | Əqdlərin həcmi, AZN | Əqdlərin sayı |
I. Dövlət Qiymətli Kağızlar bazarı | 4,967,035,824.79 | 942 | 685,118,050.33 | 238 |
MN Dövlət İstiqrazları | 705,650,044.47 | 400 | 524,720,125.40 | 224 |
Dİ yerləşdirmə | 665,393,643.33 | 331 | 380,588,695.43 | 173 |
Dİ təkrar | 40,256,401.14 | 69 | 144,131,429.97 | 51 |
AMB Notları | 4,261,385,780.32 | 542 | 160397924.9 | 14 |
NOT yerləşdirmə | 4,249,207,656.13 | 538 | 160,397,924.93 | 14 |
NOT təkrar | 12,178,124.19 | 4 | - |
|
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
22 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 25 d. əvvəl
-
34 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
37 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir






















