"AtaBank" uşaq evinin sakinlərinə futbol həyəcanı yaşatdı
"AtaBank" maliyyə sektoru ilə yanaşı, bütün sahələrə diqqət ayırmaqla daim seçilir. Bank daha bir sosial yönümlü layihə həyata keçirib.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə baş tutan tədbir “SOS uşaq kəndləri” təşkilatının sakinlərinə böyük sevinc bəxş edib.
Bank Bakı Futbol Liqasında maliyyə sektorunu layiqincə təmsil edir. Dekabrın 24-də, Azərbaycan Prezidenti cənab İlham Əliyevin doğum gününə təsadüf edən matçda isə "AtaBank" daha bir layihə həyata keçirib.
"Bankın nümayəndələri oyun öncəsi “SOS uşaq kəndləri” təşkilatını ziyarət edib bir neçə yeniyetməni "Kristal R&R"la olan görüşə də dəvət edib. Həmin uşaqlar komandamız və rəqiblə birgə "Uşaqlar bizim gələcəyimizdir" şüarı ilə meydana daxil olublar, oyuna da baxıb, xüsusi hədiyyələrlə mükafatlandırılıblar. Bu dəstək oyunu izləyən azarkeşlər tərəfindən də böyük rəğbət və alqışlarla qarşılanıb",- Bankın bəlumatında deyilir.
“AtaBank” ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov bildirib ki, bu sosial yönümlü layihə gələcəyimizin - uşaqlarımızın ölkəmizə layiqli övlad yetişməsi üçün atılan addımlardan sadəcə biridir:
"Bizim layihələr həmişə sabahımıza yönəlikdir. Çünki müştərilərimizə xidmət etməklə yanaşı, hər bir Azərbaycan vətəndaşına sevinc bəxş etmək və dəstək olmaq Bankımızın əsas vəzifələrindən biridir. Bu dəfə də uşaq evini ziyarət edib, uşaqların bir neçəsini oyunumuza gətirdik. Yeniyetmələr futbolçularla birgə meydana çıxdılar. İnanırıq ki, bu dəstək bir gününü bizlə keçirən oğlan və qızlarda futbola və idmana xüsusi həvəs yaradacaq. Biz uşaqlarla söhbətdə də bunu hiss etdik. Hətta onlara formalar, xüsusi hədiyyələr verdik ki, bu günü daim xatırlasınlar. Bu həm də həmin uşaq evində olanlara "AtaBank" adından bir dəstək idi. Dəstək layihələrimiz bundan sonra da davam edəcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)







