“PAŞA Sığorta”nın reytinqi təsdiq edildi
"AM Best" beynəlxalq reytinq agentliyi Azərbaycanın “PAŞA Sığorta” ASC-nin reytinqini təsdiq edib.
Agentlik şirkətin Maliyyə Dayaqnıqlığı Reytinqini (Financial Strength Rating) "B+" (yaxşı), Uzunmüddətli Kredit Reytinqini isə (Long-Term Issuer Credit Rating) "bbb-" olaraq təsdiqləyib.
“PAŞA Sığorta”nın kredit reytinqi isə "stabil" olaraq dəyərləndirilib. Agentliyin açıqlamasında deyilir ki, bu reytinq sığorta şirkətinin güclü əməliyyat vəziyyətini, risklər nəzərə alınmaqla kapitallaşmanın tənzimlənməsi və möhkəm biznes profilini əks etdirir:
“PAŞA Sığorta”nın əməliyyat vəziyyəti çox güclüdür, son 5 ildə orta birləşdirilmiş əmsal (combined ratio) 89% olub və kapitaldan və izafi təklifdən əldə edilən gəlir 2011-2015-ci illərdə 15,3% təşkil edib. Bu, Şirkətə Azərbaycandakı yüksək faizlər mühitində daha yetkin sığorta bazarı ilə müqayisədə daha aşağı zərərlə işləməsinə imkan yaradıb.
Bundan əlavə, “PAŞA Sığorta” milli valyutanın devalvasiyası nəticəsində 2015-2016-cı illərdə xarici valyutada yüksək məbləğdə gəlir əldə edib: “Baxmayaraq ki, Azərbaycanda iqtisadi şərtlərin pisləşməsi səbəbindən Şirkətin gələcək vəziyyətində neqativ təsirlərin olması mümkündür, “PAŞA Sığorta” bazarda daha da genişlənmək fikrindədir”.
"AM Best" sığorta şirkətinin kapitallaşmasının ortamüddətli perspektivdə yetərli səviyyədə saxlanılacağını gözləyir.
Şirkətin balansına Azərbaycandakı yüksək riskli maliyyə sistemi, yüksək divident siyasəti və zəif investisiya profili mənfi təsir edə bilər: “PAŞA Sığorta” özünün aktivlərinin riskli olmasını qəbul edir və xaricdə investisiya imkanlarını araşdırır. “AM Best” şirkətin riskli investisiya portfelini, aktiv və passivlərin idarə edilməsini monitorinq etməyə davam edəcək”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 d. əvvəl
-
24 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 29 d. əvvəl
- 43 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb







.jpg)












.jpg)








