Dünya bu kritik məlumatlara fokuslandı - DOLLAR UCUZLAŞIR
Dollar, ABŞ-da bu gün açıqlanacaq inflyasiya göstəricisi ərəfəsində daha da ucuzlaşıb.
İnvestorlar bu gün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da açıqlanacaq inflyasiya göstəricisini gözləyirlər. "Marja" xəbər verir ki, inflyasiyanın Dekabr ayında aylıq müqayisədə 0,2%, illik müqayisədə isə 1,7% artacağı proqnozlaşdırılır. İnflyasiya Noyabrda aylıq 0,1%, illik isə 1.7% təşkil etmişdi. Əgər, açıqlanacaq inflyasiyalar proqnozlardan aşağı olarsa, Dollar daha da ucuzlaşa bilər. Belə olan halda,Fed bu il 3 dəfə faiz artırmaq fikirindən daşına bilər.
ABŞ-da Cümə axşamı günü açıqlanmış istehsalçı qiymətləri indeksi də gözləntiləri qarşılamadı.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RISKSIZ ÖYRƏNİN!
Dollar indeksi, Cümə axşamı günündən bu yana 0.42% düşüb və çox G-10 pulu qarşısında dəyər itirib. Avro, dollar qarşısında daha çox dəyər qazanan pul vahidi olub.
Avro/dollar, Avropa Mərkəzi Bankının nəşr olunan son iclas protokollarının treyderləri məzənnədə yenidən uzun mövqe almağa təşviq etməsilə 0.7 faiz yüksəlib. Məzənnə, Bakı vaxtı ilə saat 10:20-də 1.2044 səviyyəsində olub.
Analitiklər bildirirlər ki, təhlillərə əsasən qiymət 1.2089 dolları da yuxarı istiqamətdə qırarsa, 1.2123 dollara kimi də bahalaşa bilər.
Qeyd edək ki, ABŞ-da məşğulluq və maaşlar artsa da inflyasiya inadkar bir şəkildə artmır. Fed 2% inflyasiya hədəfinə nail ola bilmir. Analitiklər bildirirlər ki, Fed 2018-ci ildə 3 dəfə faiz artırarsa inflyasiya səngiyəcək və növbəti durğunluq başlayacaqdır. Fed bu il 3 dəfə faiz artırmağı nəzərdə tutur. Lakin faiz qərarlarından öncə inflyasiyaya baxılacaqdır.
İnflyasiyanın yüksəlməməsi və faizlərin artırılmasının təxirə salınması Dollar üçün pis xəbərdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)














.jpg)
