AİF istiqrazları üzrə 67 milyon manat kupon ödənişləri həyata keçirilib
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Mətbuat Xidmətinin məlumatına görə,
2016-cı ilin noyabr ayında adi ipoteka kreditlərinin verilməsi məqsədilə “Azərbaycan İpoteka Fondu” tərəfindən 10 il müddətinə 50 mln.manat məbləğində illik 3% dərəcəsi ilə ölkədə ilk dəfə olaraq ipoteka istiqrazlarının emissiyasına başlanılmışdır.
2017-ci il ərzində isə illik 3% dərəcəsi ilə ümumi həcmi 250 mln.manat olan ipoteka istiqrazlarının 2-ci, 3-cü və 4-cü emissiyası həyata keçirilmişdir. Ümumilikdə, 2009-cu ilin may ayından başlayaraq Cəmiyyət tərəfindən cəlb edilmiş maliyyə vəsaitlərinin həcmi 655 mln.manata çatmışdır. Cəlb olunmuş vəsaitlərdən 120,4 mln.manat məbləğində istiqraz üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. Hazırda Cəmiyyətin dövriyyədə olan istiqrazlarının həcmi 534,6 mln.manat təşkil edir, bu da daxili qiymətli kağızlar bazarının mühüm hissəsini təşkil edir.
Qeyd etmək lazımdır ki, 2009-cu ildən etibarən Cəmiyyət tərəfindən istiqraz emissiyası üzrə investorlara 67,0 mln.manat məbləğində kupon (faiz) ödənişləri həyata keçirilmişdir.
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu yaradılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
21 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 24 d. əvvəl
-
33 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
36 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir























