“Nar” abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti
“Nar” ilə smartfona sahib olmaq indi daha asandır. Belə ki, from.ae internet səhifəsində smartfonlar “Nar” abunəçiləri üçün xüsusi endirimli qiymətlərlə təklif edilir. Hər bir “Nar” istifadəçisi az.fromae.com/az/nar3 keçidinə daxil olaraq öz nömrəsini qeyd etməklə endirim qazanmaq şansını yoxlaya bilər.
Qeyd edək ki, bu fürsət from.ae internet mağazası ilə loyallıq proqramı çərçivəsində təqdim edilir. Bu proqramdan yararlanmaqla abunəçilər sərfəli qiymətə smartfonlar əldə edərək “Nar”-ın 3G və 4G yüksəksürətli mobil internet xidmətlərindən yararlana biləcəklər. Məsələn, “Nar”-ın tamamilə yeni “Full” paketlərindən birinə qoşulan abunəçilər bu sərfəli təklif sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayacaqlar. Ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan “Nar” istifadə edilməyən bonusların bir sonrakı aya keçməsini məhz “Full” paketi ilə təmin etdi.
“Nar” internet paketləri və təqdim edilən fürsətlər barədə ətraflı məlumatı mobil operatorun rəsmi internet səhifəsindən (nar.az) və ya sosial şəbəkələrdəki “Nar” səhifələrindən əldə etmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 9 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























