Daxili bazar qorunacaqdı – AZALMAQ ƏVƏZİNƏ ARTIB
Hökumətin 2016-cı ilin noyabrından toyuq əti idxalına yüksək rüsum tətbiq etməsi nəticəsində idxal azalmayıb, əvəzinə artıb.
Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar idxal rüsumu alınır. Qərar bu ilin Noyabr ayınadək qüvvədə olacaqdır.
“Marja”nın məlumatına görə, Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Səfər Mehdiyev jurnalistlərə bildirib ki, qərar qüvvəyə mindikdən sonra sahibkarlar MDB ölkələrindən idxala başladıqları üçün toyuq əti idxalı artıb:
“Spesfik rüsumların tətbiqində məqsəd daxili istehsalın qorunması idi. Spesfik rüsumlar tətbiq olunduqdan sonra iş adamları MDB ölkələrindən toyuq əti idxalına başladılar. Əvvələr toyuq əti Avropa ölkələrindən, Türkiyədən idxal olunurdusa, sonradan Ukrayna, Rusiya daxil MDB ölkələrindən idxal olunmağa başladı və nəticədə də idxal azalmadı, əksinə artdı.
Bu sahikarların tam hüququdur. Gömrük Komitəsi sahibkarlara “Nə üçün MDB ölkələrindən toyuq əti idxal edirsiniz?” deyə bilməz.
Hazırda yerli istehsalçılar xarici istehsalçılar ilə rəqabət apara bilirlər. MDB ölkələrindən idxala da spesfik rüsumların tətbiq olunması barədə tələb yoxdur”.
Qeyd edək ki, Azərbaycan Respublikası hökumətinin Müstəqil Dövlətlər Birliyi ölkələri və digər xarici ölkələrlə azad ticarət haqqında sazişi olduğu təqdirdə ikitərəfli razılığa əsasən malların ixracına və yaxud idxalına gömrük rüsumu tətbiq edilmir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 10 d. əvvəl
- 12 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























