Palatada iclas keçirilib
Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) ötən ilin yekunlarına dair iclas keçirildib.
Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda, bank sektoru, sığorta, maliyyə bazarları, ödəniş sistemləri, hüquq və maliyyə xidməti istehlakçılarının hüquqlarının müdafiəsi və digər sahələr üzrə görülmüş işlər geniş müzakirə edilib.
İ. Alışov giriş nitqində Prezident İlham Əliyevin rəhbərliyi altında milli iqtisadiyyatın şaxələndirilməsi strategiyasının tətbiqi, yeni iqtisadi artım modelinə keçid və dayanıqlı inkişafın təmin olunması istiqamətində həyata keçirilən kompleks institusional islahatların ölkə iqtisadiyyatına müsbət təsirini qeyd edərək bildirdi ki, makroiqtisadi sabitliyin təmin olunması nəticəsində 2017-ci ildə ölkənin qeyri-neft ÜDM-nin real artımı 2.7% olub.
Bank sektorunun sağlamlaşdırılması və restrukturizasiyası, maliyyə vasitəçiliyinin bərpa edilməsi, maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti proseslərinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, habelə, maliyyə savadlılığının artırılması və istehlakçıların hüquqlarının müdafiəsi məsələlərinin 2017-ci il ərzində Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin prioritet istiqamətləri olduğu qeyd edildi.
Baş icraçı direktor bildirdi ki, aparılan uğurlu islahatların məntiqi nəticəsi olaraq bank sektorunda da müsbət meyllər müşahidə edilib. 2017-ci ildə əhalinin əmanətləri 1.5% (110 mln. manat) artaraq 7,5 mlrd. manatı üstələyib. Artım əsasən, manat əmanətləri hesabına baş verib. Belə ki, milli valyutanın məzənnəsinin sabitləşməsi əmanətçiləri xarici valyuta əmanətlərini manata konvertasiya etməyə sövq edib.
İclasda bildirilib ki, ölkənin bank sektorunda 2016-cı ildən başlayan restrukturizasiya tədbirləri və həyata keçirilən nəzarət rejimi bank sektorunun kapital mövqeyinin plana uyğun bərpasını şərtləndirib. Bank sektorunun daha effektiv restrukturizasiya mexanizmlərinin yaradılması ilə bağlı, qlobal və lokal ekspertiza nəzərə alınmaqla “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa rezolyusiya ilə bağlı fəsil əlavə edilib.
Maliyyə infrastrukturunun genişləndirilməsi istiqamətində 2017-ci ildə kredit bürolarının yaradılması və fəaliyyətinin tənzimlənməsi üçün normativ hüquqi çərçivə formalaşdırılıb və Azərbaycanda ilk özəl kredit bürosu təsis edilib.
Sığorta sektorunda sağlam rəqabət mühitinin təmin olunması, təkmil sığorta bazarının prinsip və əsaslarının formalaşması ilə bağlı müvafiq işlər aparılıb. Bununla əlaqədar, istehlakçıların hüquqlarının müdafiəsi baxımından sığorta vasitəçilərinin fəaliyyəti xüsusi nəzarətə götürülüb. Bundan əlavə, risklərin təkrarsığorta və sığorta bazarı arasında optimal bölüşdürülməsi istiqamətində işlər aparılıb. Sığortaçıların maliyyə dayanaqlılığının diaqnostikası çərçivəsində kapital çatışmazlığı müəyyən olunub, sığorta şirkətləri ilə intensiv iş aparılıb, kapital yetərsizliyinin aradan qaldırılması üzrə proqram tərtib edilib və icrası nəzarətə götürülüb. Kapital tələbinə cavab verməyən 1 sığorta şirkətinin lisenziyası ləğv edilib.
Bildirilib ki, 2017-ci ilin sonuna qiymətli kağızlar bazarında 7 investisiya şirkəti, 2 investisiya fondunun idarəçisi, 1 fond birjası, 1 mərkəzi depozitar və klirinq təşkilatı fəaliyyət göstərir. 2017-ci il ərzində investisiya şirkəti fəaliyyətinə 1 lisenziya verilib. 2016-cı illə müqayisədə qiymətli kağızlar bazarı 12% artaraq 15.7 mlrd. manat təşkil edib.
Qiymətli kağızlar bazarında emitentlərin fond birjasında listinqə çıxış imkanlarının asanlaşdırılması üzrə kompleks tədbirlərin icrasına başlanılıb. Bununla yanaşı, xarici investorların yerli qiymətli kağızlar bazarına çıxış imkanlarının artırılması üzrə layihənin icrasına başlanılıb. Bu istiqamətdə beynəlxalq depozitarlarla əlaqələrin qurulması üzrə “Clearstream” və “Euroclear” təşkilatları ilə danışıqlar aparılır. Həmçinin “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə (Strateji Yol Xəritəsi) uyğun olaraq 5 şirkətin ilkin kütləvi təklifinin (İPO) həyata keçirilməsi üzrə işlər davam etdirilməkdədir.
Ödəniş sistemləri və ödəniş xidmətləri sahəsində yeni tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılması və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq qanunvericilik bazasının yaradılması istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edilib.
İ. Alışov Palata tərəfindən uzunmüddətli dövrə hədəflənmiş requlyativ tədbirlərin həyata keçirildiyini də bildirib.
O, qeyd edib ki, bu məqsədlə prudensial tənzimləmə sənədlərinə qabaqcıl beynəlxalq təcrübələri də ehtiva edən layihələr hazırlanıb və bu prosesin davamlı olacağı nəzərdə tutulur. Yeni requlyativ çərçivənin formalaşdırılması zamanı maliyyə bazarları iştirakçılarının mövqeyinə Palata tərəfindən xüsusi diqqət ayrılıb, sektoral assosiasiyalar çərçivəsində çoxsaylı müzakirələrin aparıldığı bildirilib.
Yekunda İbrahim Alışov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların özəyində qeyri-neft sektorunun inkişafı durduğunu bir daha vurğulayaraq bildirib ki, Strateji Yol Xəritəsinin Tədbirlər Planında Palatanın əsas icraçısı olduğu, eləcə də digər icraçısı olduğu strateji yol xəritələri üzrə hədəflər xüsusi əhəmiyyət kəsb edir. Tədbirdə sözügedən hədəflərin müzakirəsi olub, hesabat məruzələri dinlənilib. Strateji Yol Xəritəsi üzrə 2018-ci il üçün nəzərdə tutulan prioritetlərin vaxtında icra olunmasına dair müvafiq tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
7 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
7 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
7 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























