AFB Bank-da vakansiyalar
1.Satışların idarə olunması departamentinin kredit şöbəsində baş mütəxəssi....docx
AFB Bank Satışların idarə olunması departamentində kredit şöbəsinin baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Satışların idarə olunması departamentinin kredit şöbəsində baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
-Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
-Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
-Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
-MBNP-nin, Mərkəzi Bankın bu sahəyə aid olan qayda və normativlərini bilmək;
-Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
-Maliyyə və kredit analizi bilikləri;
-Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;
-Ofis proqramlarından mükəmməl istifadə bacarığı.
İŞİN TƏSVİRİ:
-Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini aparmaq;
-Korporativ kreditlər üzrə qaydaların təkmilləşdirilməsi ilə bağlı təkliflərlə çıxış etmək;
-Mövcud müştəri bazasının təhlilini həyata keçirmək;
-Vəzifə funksiyalarından irəli gələn digər öhdəlikləri yerinə yetirmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kredit şöbəsinin baş mütəxəssisi” qeydi edərə[email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
Ərizə qəbulu üçün son tarix – 6 mart 2018-ci il.
2.AFB Bank Məlumat mərkəzinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Məlumat mərkəzinin mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
-Ali təhsil;
-Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
-Yaş həddi 22-30;
-Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dilini bilmək arzu olunandır);
-Ofis proqramları ilə işləmək bacarığı;
-Bank və bank məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
-Ünsiyyətcil;
-Komandada işləmək bacarığı;
-Müştərilərlə işləmək qabiliyyəti;
-Stressə davamlılıq;
-Yüksək nitq mədəniyyətinə sahib olmaq;
-Sahəyə aid olan qayda və normativləri bilmək;
-Müştərilərlə ünsiyyət qurmaq bacarığı.
İŞİN TƏSVİRİ:
-Daxil olan zənglərə cavab vermək;
-Müştəriləri bank məhsulları haqqında məlumatlandırmaq;
-Müştərilərə onların hesablarının vəziyyəti haqqında məlumat vermək;
-Müştərilərlə əlaqə saxlamaq;
- Satış yönümlü müraciətlərin cavablandırılması və yönləndirilməsi;
- Online konsultasiyada müxtəlif kanallardan gələn müraciətləri cavablandırmaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Məlumat mərkəzinin mütəxəssisi” qeydi edərə[email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
Ərizə qəbulu üçün son tarix – 6 mart 2018-ci il.
3.AFB Bank Korporativ müştəri xidmətində baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Korporativ müştəri xidmətində baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
-Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
-Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
-Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
-Sahəyə aid olan qayda və normativləri bilmək;
-Yaxşı ünsiyyət bacarıqları;
-Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;
-Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
-Komandada işləmək bacarığı.
İŞİN TƏSVİRİ:
-Yeni korporativ müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq;
- Bankın kredit və qeyri-kredit məhsullarının satışını təşkil etmək;
-Korporativ müştərilərə Bank xidmətlərini təklif etmək;
-Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini aparmaq;
-Cari müştərilərə çarpaz satışların həyata keçirilməsini təşkil etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ müştəri xidmətində baş mütəxəssis”qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
Ərizə qəbulu üçün son tarix – 6 mart 2018-ci il.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
-
8 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
9 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
9 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb





















