Sürücülər yanacağı dəyişir - “Qiymətdə yarıbayarı fərq var...”
Son illər Azərbaycanda avtomobillərə maye qazla işləməsi üçün quraşdırılan avadanlıqlara maraq çoxalıb.
Elə buna görə də ölkədə mövcud sistemləri quraşdıran şirkətlərin da sayında artım müşahidə olunur. Paytaxt yollarında hərəkət edərkən müxtəlif reklam roliklərində, tablolarında bu cür şirkətlərin adına rast gəlmək mümkündür. Əsas məsələ isə təhlükəsizlik tələblərinə nə dərəcədə əməl olunmasıdır. Yəni, hər hansı şirkətin bu işlə məşğul olması üçün uyğunluq sertifakatı mütləq olmalıdır.
Azərbaycanda bu işlə məşğul olan şirkətlərə lisenziya Fövqəladə Hallar Nazirliyi tərəfindən verilir.
Bu arada bildirək ki, minik avtomobillərini maye qazla işlətmək məsələsi ölkəmizdə yeni-yeni gündəmə gəlsə də, dünyada “Ekoqaz” sistemindən uzun illərdir ki, istifadə olunur. Çünki bu sistemdə qazın sərfiyyatı artıq olsa da, benzinə nisbətən daha sərfəlidir.
Ölkədə sözügedən avadanlığın quraşdırılması ilə məşğul olan “Ekoqaz” şirkətinin direktoru Muhtar Tayşi açıqlamasında qeyd edib ki, mövcud qaz avadanlıqları benzinlə işləyən injektorlu bütün avtomobillərə quraşdırılır:
“Ancaq bu avadanlığı dizel mühərrikli maşınlara quraşdırmaq mümkün deyil. Avtomobilin baqaj hissəsinə qaz balonu qoyulur və bundan sonra mühərrikə bir neçə detal əlavə edilir. Bununla da avtomobil həm maye qaz, həm də benzinlə işləyə bilir. Sürücülər tərəfindən bizə sistemin quraşdırılması üçün çoxlu müraciətlər edilir. Elə buna görə də filiallarımızın sayını artırırıq”.
Qiymət məsələsinə gəlincə isə şirkət rəhbəri bildirib ki, avadanlığı 4 silindirli maşınlarda quraşdırmağın qiyməti 1500 manatdan başlayır:
“6 slindirli 1800 manat, 8 silindirli isə 2200 manatdır. Bütün avadanlıq şirkət tərəfindən təmin edilir. Müştəriyə 1 il zəmanət veririk. Bu benzinə nisbətən daha sərfəlidir. İndi hazırda bir maşın nə qədər benzin yandırırsa, qazla işləyəndə onun sərfiyyatı artır. Yəni 10 litr benzin sərf olunursa, qaza keçən zaman bu 11 litr olur. 10 litr benzinə 9 manat pul verirsiniz, ancaq o həcmdə qaza 4 manat 40 qəpik pul ödəyirsiniz. Qiymətlərdə yarıbayarı fərq var”.
DEPOZİT YERLƏŞDİR, HYUNDAİ GRANDEUR QAZAN
O, həmçinin əlavə edib ki, LPG sisteminin, yəni propan butan qazının avtomobilə quraşdırılmasının heç bir təhlükəsi yoxdur:
“Dünyada bu sistemdən istifadə olunur. Avtomobilə quraşdırılan “qaz beyni” təhlükə anında partlamanın və ya alışmanın qarşısını alır. Bizim quraşdırdığımız sistemlər hazırda dünyanın ən təhlükəsiz sistemləridir. Bizim təhlükəsizlik klapanlarımız var. Quraşdırdığımız baklar 27 barometr təzyiqə davamlıdır. Heç bir təhlükəsi yoxdur. LPG sistemini yanacaqdoldurma məntəqələrində 8 -15 barometr təzyiqlə vururlar. Ancaq metan sistemində qaz 250 barometr təziyiqlə vurulur. Ona görə də metanın boş bakları çox ağırdır. Əsl təhlükə yaradan da metan sistemləridir. Çünki metan sistemi dünyada böyük həcmli maşınlar üçün nəzərdə tutulub. Şirkətimiz Fövqəladə Hallar Nazirliyi tərəfindən şəhadətnamələr, Dövlət Yol Polisi tərəfindən xüsusi icazələr alıb”.

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev mövzuyla bağlı bildirib ki, bu məsələ yol polisi ilə razılaşdırılmalıdır:
“İcazə alındıqdan sonra müvafiq lisenziyası olan, texniki təmir stansiyalarında zəmanətlə bu sistem quraşdırılır. Quraşdırılmadan sonra yanacaq sisteminin dəyişdirilməsi ilə bağlı Dövlət Yol Polisində təkrar qeydiyyat aparılır. Avtomobilin şəhadətnaməsində hansı qaz yanacağı ilə işləməsi barədə xüsusi qeydlər yazılır.
Hər nəqliyyat vasitəsində bunu quraşdırmaq mümkün deyil. Xüsusilə də sərnişindaşıma həyata keçirməyən ümumi nəqliyyat vasitələrinə bu şamil olunur. İstehsalçı zavod tərəfindən maye qazın istifadəsi üçün icazə varsa bu halda heç bir problem yoxdur.
Şirkətlərə xüsusi lisenziya Fövqəladə Hallar Nazirliyi tərəfindən verilir. Onların verdiyi sənəd əsasında dövlət yol polisində müvafiq qeydiyyat aparılır ki, bu nəqliyyat vasitəsi həm benzin, həm də maye qazla işləyə bilər.
Sürücülər avadanlığı quraşdırdıqdan sonra yol polisində qeydiyyatdan keçmirsə, həmin halda məsuliyyətə cəlb olunurlar. Normativ sənədlər pozulmaqla əlavə avadanlığın quraşdırılmasına görə sürücülər 150 manat miqdarında cərimə edilir. LPG sistemi propan butan, CNG sistemləri isə metan qazı ilə işləyir”.
© Qafqazinfo
Müştərilərin xəbərləri
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 16 d. əvvəl
-
-
17 d. əvvəl
12 bankın xalis mənfəəti azalıb - Ən çox azalma “Azər-Türk Bank”da olub
- 23 d. əvvəl
-
27 d. əvvəl
Kapitaldan istifadə vəziyyəti 22 bankdan 9-da yaxşılaşıb, 13-də isə pisləşib
-
40 d. əvvəl
Azərbaycan bankları faiz xərclərini faiz gəlirləri ilə ödəyə bilirmi? - ARAŞDIRMA
-
57 d. əvvəl
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
OpenAI-nin yeni maliyyələşdirmə turu 100 milyard dolları aşa bilər
-
1 saat əvvəl
Putinin nümayəndəsi: ABŞ ilə mümkün layihələrin dəyəri 14 trilyon dollardan çoxdur
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub
Ən çox oxunanlar
OpenAI-nin yeni maliyyələşdirmə turu 100 milyard dolları aşa bilər
Naxçıvanda 1- 9 nömrəli şəhərdaxili və Bakının 142 nömrəli şəhərətrafı avtobus marşrutu bu şəxslərə verildi
Azərbaycan neftinin son qiyməti - 2 dollardan çox bahalaşıb
bp şirkəti Azərbaycanda iri müqavilə bağladı - ÜMUMİ DƏYƏRİ 1 MİLYARD DOLLARDAN ÇOX OLA BİLƏR
“Dövlət borcunun idarə edilməsinə dair Strategiya” hazırlanacaq
Rəsmi məzənnələr açıqlandı
























