Prezident “Boeing” şirkətinin nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də “Boeing Commmercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Kevin Mak Alisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə “Boing” şirkəti arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini və bu şirkətin istehsal etdiyi 20-yə yaxın təyyarənin Azərbaycan mülki aviasiyası tərəfindən alındığını vurğuladı. Ölkəmizin hazırda çox müasir və keyfiyyətli hava donanmasına malik olduğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Hava Yollarının çox yaxşı reputasiyası var. Dövlətimizin başçısı Azərbaycanın artıq beynəlxalq nəqliyyat qovşağına çevrilməkdə olduğunu dedi. Prezident İlham Əliyev Azərbaycanda nəqliyyat və infrastruktur sahəsində böyük nailiyyətlərin əldə edildiyini bildirərək, son illər ölkəmizdə 6-sı beynəlxalq aeroport olmaqla 7 yeni aeroportun inşa edildiyini, ən müasir səviyyədə yükdaşıma və nəqliyyat təyyarələrin fəaliyyət göstərdiyini vurğuladı. Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanda bütün növ müasir gəmilər istehsal edən gəmiqayırma zavodu, müasir dəmir yolu infrastrukturu yaradıldığını və avtomobil yollarının inşa edildiyini dedi. Dövlətimizin başçısı yüklərin hava nəqliyyatı vasitəsilə daşınmasına toxunaraq, Azərbaycanın təkcə regionda deyil, qlobal karqo trafikdə artıq mühüm rol oynadığını vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın “Boing” şirkəti ilə əməkdaşlığının bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə etdi.
Qonaq Azərbaycanla, o cümlədən AZAL şirkəti ilə əməkdaşlıqdan böyük məmnunluq hissi duyduğunu dedi və ölkəmizlə çox güclü əməkdaşlığın həyata keçirildiyini vurğuladı. O, “Boing” şirkəti adından Azərbaycanın gələcək inkişafına böyük inamla yanaşdıqlarını bildirərək, əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə əminliyi ifadə etdi.
Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin bir çox sahələri əhatə etdiyi bildirildi və əlaqələrimizin uğurla inkişaf etdiyi vurğulandı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)










