Vergilər iki vergi ödəyicisinə məxsus üç əmlakı hərraca çıxarıb
Vergilər Nazirliyi vergi borcuna görə Şirvan şəhərində yerləşən iki vergi ödəyicisinə məxsus üç əmlakı hərraca çıxarıb.
Nazirlikdən verilən məlumata görə, vergi ödəyicisi Bayramov Hüseyn Yadulla oğluna məxsus Şirvan şəhərində, Xəqani küçəsi 367 ünvanında yerləşən bağ evinə 41 min manat qiymət qoyulub. İlkin hərracda satılmadığından əmlakın dəyəri 10% aşağı salınıb. Bu səbəbdən hərracda iştirak etmək istəyənlər əmlaka görə müvafiq olaraq 3690 manat beh verməlidir.
Bundan başqa, vergi ödəyicisi Kərimov Əlirza Abuzər oğluna məxsus iki əmlak da vergi borcuna görə hərraca çıxarılıb. Ə.Kərimovun Şirvan şəhərində, H. Əliyev prospekti 1/8 ünvanında yerləşən ümumi sahəsi 102,4 kvadratmetr olan qeyri-yaşayış sahəsinə 45 min manat və M.Ə. Rəsulzadə küçəsi ev. 9, 42 saylı mənzilə 20 min manat qiymət qoyulub.
Hər iki əmlak ikinci dəfə hərraca çıxarıldığından hərracda iştirak etmək istəyənlər əmlaklara görə müvafiq olaraq 4050 və 1800 manat beh verməlidir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)










.jpg)







