Bank of Baku-nun 145 Məlumat Mərkəzi 11 yaşında!
11 il öncə, 01 mart 2007-ci il tarixində sektorunun innovatoru hesab edilən Bank of Baku, bir yeniliyə imza atdı – ölkədə ilk dəfə olaraq İVR (İnteraktiv Səsli Cavablanma) menyu əsasında fəaliyyət göstərən 145 Məlumat Mərkəzi xidmətini müştərilərinə təqdim etdi.
“Sizə Yaxın Bankçılıq” şüarına sadiqlik göstərən Bank, müştərilərinə bir zəng qədər yaxın olmaq məqsədilə 145 Məlumat Mərkəzi vasitəsilə 11 il ərzində milyonlarla müştərisinə Bankın xidmət və məhsullarından daha rahat və operativ istifadə imkanı yaratdı.
11 illik fəaliyyət dövrü ərzində istər fiziki, istərsə də hüquqi şəxslərə yüksək keyfiyyətlə xidmət nümayiş etdirən 145 Məlumat Mərkəzi hər zaman müştərilərinin tələb və istəklərini əsas götürmüş və bu istiqamətdə bir çox yeniliyə imza atmışdır.
Fəaliyyətinin 11-ci ildönümündə Bankın Korporativ Bankçılıq siyasətinə dəstək olan 145 Məlumat Mərkəzi, korporativ müştərilərə ÖZƏL olaraq yeni xidmət bölməsini istifadəyə verdi. Yeni yaradılan bölmə, korporativ müştərilərə 145-1-1 nömrəsilə əlaqə saxlayaraq aşağıdakı xidmətlərdən banka gəlmədən istifadə imkanı təqdim edir:
-Daxil olan bütün sual və müraciətlərin dərhal cavablandırılması;
-İnternet bankçılıq xidmətinin aktivləşdirilməsi və istifadə ilə bağlı dəstəyin göstərilməsi;
-Köçürmələr ilə bağlı əməliyyatların təsdiqi və ya ləğv edilməsi;
-Asan imza nömrələrinin qeydiyyata alınması;
-Kartlar üzrə PIN kodun yenidən aktivləşdirilməsi;
-SMS bankçılıq xidmətinə qoşulma;
-Təklif və iradların qeydə alınması.
Hal-hazırda, 145 Məlumat Mərkəzi 27 nəfər əməkdaşla gündəlik olaraq 1000-dən artıq müştərinin istər zəng, istər saytdakı onlayn məsləhətçi xidməti, istərsə də bankın sosial şəbəkələrdəki səhifələri vasitəsilə daxil olan müraciətlərini cavablandırır və müsbət həllində dəstək göstərirlər.
Son 1 il ərzində 145 Məlumat Mərkəzi online məsləhətçi xidməti vasitəsilə 30.000, sosial şəbəkələr vasitəsilə 60.000, zəng vasitəsilə isə 280.000-ə yaxın müraciət qəbul etmişdir.
Qeyd edək ki, 145 Məlumat Mərkəzi həftəiçi hər gün saat 09:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq müştərilərə xidmət göstərir. 145 Məlumat Mərkəzinə ölkədaxili bütün şəhər və region nömrələrindən edilən zənglər pulsuzdur.
Ölkə xaricində olan şəxslər isə +99412 50 50 145 nömrəsini yığmaqla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayıb müraciətlərini bildirə bilərlər.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)



