“MƏRCAN” toyuq ətinin istehsalında mühüm yenilik
“MƏRCAN” markalı toyuq ətinin istehsalçısı “Qarant Aqro” MMC məhsulun maya dəyərinin artmasının qarşısını almaq üçün ardıcıl tədbirlər həyata keçirir.
Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, 2016-cı ilin dekabr ayında “Qarant Aqro” MMC yem istehsalı üzrə yeni zavodunu istismara verib. Yem zavodu, toyuq ətində maya dəyərinin ardığı, istehsalçıların bazarda qalmaqda çətinlik çəkdiyi bir dövrdə “MƏRCAN” brendinin bazarda mövqeyini gücləndirəcək.
Şirkətin baş direktoru Rüfət Məmmədzadə deyib: “Zavodun gücü saatda 10 ton məhsul təşkil edir. Avadanlıq kənd təsərrüfatı heyvanları üçün dənəvər formada olan yemləri verilmiş resept üzrə istehsal etməyə imkan verir. Məhsul xammal qəbulundan və komponentlərin reseptə əsasən çəkilməsindən mikrokomponentlərin qatılması, dənəvər hala salınması və hazır balanslaşdırılmış yemin yüklənməsinə qədər istehsalın bütün mərhələrindən keçir. Qeyd etmək istəyirəm ki, bütün avadanlığın idarə edilməsi tam avtomatlaşdırılmışdır”.
İSTEHSALDA 2 DƏFƏ ARTIM HƏDƏFİ
Qeyd edək ki, “Qarant Aqro” MMC 2016-cı ildə istehsal həcmini iki dəfə artırmışdır və bu gün “MƏRCAN” brendi altında bazara gündəlik təzəməhsul tədarük edir. İstehsal həcminin artması ilə yeni iş yerləri açılır və 2017-ci ildə istehsalın iki dəfə də artırılması planlaşdırılmışdır. “Qarant Aqro” MMC Avrasiya İqtisadi İttifaqının idxal edilən kənd təsərrüfatı məhsullarına nəzarət orqanlarının yoxlamasından keçmiş yerli toyuq əti istehsalçılarındandır və bu iqtisadi birliyin ölkələrinə quşçuluq məhsullarının tədarük edilməsi üşün sertifikata malikdir.
Dövlət proqramlarının uğurlu layihələrindən biri kimi “Qarant Aqro” MMC-ni göstərmək olar ki, bu gün bu şirkət yerli bazarı “MƏRCAN” brendi altında yüksək keyfiyyətli toyuq əti ilə təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)







