Sizə daha çox pul xərclətmək üçün marketlərin istifadə etdiyi taktikalar
Təbii ki, marketlər kommersiya müəssisəsidir və ona görə də mənfəətə işləyirlər. Yaxşı mənfəət üçün də müştəriləri ovlamaq lazımdır. Eynən yaxşı ovçunun heyvanları cəlb etməyə çalışması kimi. Bəs mağazalar müştərilərin əlavə pul xərcləməsinə nail olmaqdan ötrü hansı vasitələrə əl atırlar?
- Endirim hamını cəlb edən vasitədir, fikir veribsiniz bilmirəm, bir mağazada endirim varsa hər kəs ora axışar və alış-verişini ordan edər. Bunun üçün də mağazalar vitrində və ya mağaza içərisində endirim işarəsinə yer verirlər ki, müştəri mağazaya daxil olsun.
- Bəs endirim kampaniyası niyə az müddətli olur? Bu da satış strategiyasıdır. Endirim kampaniyasının müddətini az qoyaraq mağaza sizi məhsulla maraqlanmağa yönləndirər. Bunun da nəticəsində heç planda olmayan bir məhsulu ala bilərsiniz.
- Heç düşünmüsünüz marketlərdə olan alış-veriş arabaları niyə böyükdür? Çünki alış-veriş arabası dolarsa, siz çox məhsul aldığınız düşüncəsində olacaqsınız.
- Təzə meyvələrin parlaq rəngləri sizi pozitiv ruha salar, bu səbəblə marketlərdə bu məhsullar önə çıxarılar ki, müştəri nəyi var xərcləsin.
- Marketlərdə sakitləşdirici rənglərdən istifadə edilməsinin səbəbi, həmin rənglərin sizi alış-veriş canavarına çevirə bilməsidir.
- Süd və digər ağartı məhsullar marketlərdə ən çox satılanlar arasında gələr. Ona görə də bu tip məhsullar marketin ən arxasında yerləşdirilər ki, müştəri marketi doyunca gəzə bilsin. Burdakı doyunca həqiqi mənadadır.
- Marketlər tez-tez vitrinlərindəki məhsulların yerini dəyişdirər ki, daimi müştərilər marketdəki vitrinləri əzbərləyə bilməsinlər. Əgər əzbərləsələr, çox az alış-veriş edəcəklər.
- Tez-tez marketlərdə müştərilərin dadına baxması üçün bəzi məhsullar nümayiş olunur. Buna səbəb insanın nəyisə yeyəndə özünü borclu hiss edərək onu alma instikinə malik olmasıdır.
- Kassanın yanında saqqız, şokolad kimi məhsulların olmasına səbəb pulun qalığı yarandıqda müştəri qalıq əvəzinə onlardan götürə bilməsi üçündür.
- Alınan malın rahat şəkildə geri qaytarılması da əslində mağazanın sizə xoşgörümlü görünməsi üçündür.
- Çox vaxt marketdə kassirlər sizə hədiyyəli olan məhsulların təklif edərlər, əmin olun ki bu məhsulları alan da az deyil.
- Marketlərdə xususi endirimlər və kampaniyalar təklif edən kartların olması əslində müştəri satın almaq üçündür. Çünki sizdə hər hansı bir mağazanın kartı varsa çox vaxt alış-verişi ondan edəcəksiniz.
© Banco
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























