METAK istiqrazlarının hərracı keçiriləcək - TARİX
Geri satın alınmaya təqdim edilən istiqrazların 50%-i “Unibank KB” ASC, 50%-i isə “METAK” MMC tərəfindən təmin ediləcək.
19 aprel 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB) “METAK”MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. Bu barədə “Marja”ya Birjadan bildirilib.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Qiymətli kağızın ISIN kodu | AZ2002020272 |
Emissiya həcmi | 3 000 000 AZN |
Nominal qiyməti | 1000 AZN |
Hərrac qiyməti | 1000 AZN |
İstiqrazların tədavül müddəti | 1 il (365 gün) |
Faiz dərəcəsi (illik) | 12 % |
Faiz gəlirinin ödəniş müddəti | 1 aydan bir (30 gün) |
Anderrayter | Unicapital İŞ QSC |
Emissiya prospektinə əsasən, tələb təklifdən çox olduğu halda eyni qiymətlə təqdim edilən sifarişlər mütənasib qaydada təmin ediləcəkdir. Əlavə olaraq, emitentin emissiya prospektinə əsasən ilk 180 gün (6 ay) ərzində geri satın alınmaya təqdim edilən istiqrazlar “Unibank KB” ASC tərəfindən, 181-ci gündən 273-cü günə (6-9 ay) kimi geri satın alınmaya təqdim edilən istiqrazların 50%-i “Unibank KB” ASC, 50%-i isə “METAK” MMC tərəfindən və 274-cü gündən 365-ci günə kimi (9-12 ay) “METAK” MMC tərəfindən təmin ediləcəkdir.
Metak istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Listinqdə olan şirkətlər” bölməsində yerləşdirilmişdir.
Metak istiqrazları BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində listinqə alınmışdır.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
36 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
52 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
56 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























