Bank dizaynerlər arasında müsabiqə elan edir - 3000 AZN MÜKAFAT
“Azərbaycan tarixi” mövzusunda plastik kart dizaynı et, 1000 AZN balanslı MasterCard Black Edition qazan!
Azərbaycan Demokratik Respublikasının 100 illiyi və Rabitəbank-ın 25 illiyi münasibəti ilə “Azərbaycan tarixi” mövzusunda dizaynerlər arasında müsabiqə elan edilir.
May ayının 28-dək davam edəcək müsabiqəyə qatılmaq üçün bütün həvəskar və peşəkar dizaynerlər ölkəmizin tarixini əks etdirəcək dizaynda plastik kart hazırlayaraq təqdim edə bilərlər.
MasterCard Azərbaycanın dəstəyi ilə ərsəyə gəlmiş müsabiqədə mükafat fondu 3000 AZN təşkil edir. Qaliblər “Like”, “Pro” və “Master” nominasiyaları üzrə facebook istifaçiləri və peşəkar münsiflər heyəti tərəfindən seçiləcək. Münsiflər heyəti qismində JİS Reklam agentliyinin rəhbəri Ceyhun İmanov, məhşur fotoqraf, ”My Azerbaijan” layihəsinin təsisçisi Orxan Aslanov və Rabitəbank-ın Marketinq departamentin direktoru Elmir Əliyev çıxış edəcək. Qalib gələcək dizaynlar üzrə gələcəkdə kart emissiyası da planlaşdırılır.
Müsabiqənin şərtləri haqqında daha ətraflı məlumat əldə etmək və qoşulmaq üçünwww.myrabitacard.com saytına daxil ola bilərsiz.
25 illik bank tarixinə sahib “Rabitəbank” ölkənin ən iri banklarından biri kimi 22 filial və bir şöbədən ibarət filial şəbəkəsi, 60 – dək ATM ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat üçün 133 Məlumat mərkəzinə zəng edə və ya suallarınızı onlayn qaydada http://bit.do/RabitaFB bankın rəsmi “Facebook” səhifəsinə yönləndirə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 7 d. əvvəl
- 9 d. əvvəl
- 9 d. əvvəl
- 25 d. əvvəl
-
46 d. əvvəl
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
- 53 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Ən çox oxunanlar
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir


















.jpg)