Biləsuvarda qoz bağı salır - ilk dəfə
Cənub rayonu olan Biləsuvarda ilk dəfə olaraq beş hektar sahədə qoz bağı salınır.
Biləsuvar sakini, ixtisasca aqronom olan Zaur Səlimov tingləri Türkiyədən gətirib. Onun sözlərinə görə, rayonda qoz bağı salaraq yüksək məhsul götürmək mümkündür. Gətirilən tinglər yerli iqlimə tez uyğunlaşır.
“Yerli növlərdən fərqli olaraq, bu tinglər əkildiyi ildən salxım şəklində bar verir. İlk 3-4 il məhsuldan imtina olunarsa, ağacın hündürlüyü 6-11 metrədək yüksələ bilər ki, bu da məhsuldarlığın 120 kiloqramdan 200 kiloqrama qədər artmasına kömək edər”, - deyə Z.Səlimov bildirib.
Təsərrüfat sahibi artıq tingləri sahəyə köçürür. O, ilk olaraq 5 hektar sahədə qoz bağı salmağı planlaşdırıb. Sahibkar gəlcəkdə bağın ərazisini daha da genişləndirmək niyyətindədir.
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























