MİDA-dan bildiriş alanlar da narahatdır - "TƏSDİQ ET" BÖLMƏSİ ÇALIŞMIR
Xəbər verdiyimiz kimi, bu gün güzəştlə mənzil almaq hüququ təsdiqlənmiş əksər vətəndaşlar böyük çətinliklə qarşılaşıblar. Saat 10:00-da mənzillərin satışına start verildikdən 2 dəqiqə sonra “Güzəştli mənzil” sistemi çöküb.
Mənzil almaq hüquq təsdiqlənmiş vətəndaşlardan biri "Marja"ya bildirib ki, 2 dəqiqə ərzində mənzillərin böyük hissəsinin satılması müşahidə edilib. Lakin özü bildiriş ala bilib:
"Mən satışa çıxarılmış mənzillərdən birini əldə edə biləcəyimə dair bildiriş aldım. Lakin həmin bildirişin təsdiq edilməsi lazımdır. "Təsdiq et" bölməsi çalışmadığından bildirişi təsdiq etmək və "ASAN İmza"dan SMS almaq mümükün deyil. Qaydalara görə, sabah saat 00:00-dək bildirişi təsdiq etməliyik, əks halda bildiriş qüvvədən düşəcəkdir".
Güzəştlə mənzil almaq hüququ təsdiqlənmiş əksər vətəndaşlar bu gün saat 10:00-dan sonra sistemə daxil ola bilmədiklərini söyləyirlər. Buna baxmayaraq, 1 saat 10 dəqiqə sonra sistemə daxil olmaq mümkün olduqda satışa çıxarılmış 260 mənzilin hamısının satıldığı ilə qarşılaşıblar.
"Güzəştli mənzil" elektron sistemi vasitəsilə 8000-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənib və onların hər biri üçün şəxsi elektron kabinetin yaradılması təmin edilib.
Dövlətin külli miqdarda vəsait ayırdığı sistemin 10 minədək müraciətdə yüklənməsi bir sıra suallar yaradır. Mənzil İnşaatı Dövlət Agentliyi biabırçılıq ilə bağlı rəsmi məlumat yaymayıb. Şifahi olaraq vətəndaşlara "çətinliyin sistemin yüklənməsindən yarandığını" bildiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
4 d. əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
4 d. əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
20 d. əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 26 d. əvvəl
- 51 d. əvvəl
- 53 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Ən çox oxunanlar
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB






.jpg)








.jpg)









