Könüllü həyat sığortasında 2 qat artım - 115 MİLYON MANATI KEÇİB
2018-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın 3 həyat sığortası şirkəti tərəfindən könüllü həyat sığortası növləri üzrə 115 milyon 598 min manat sığorta haqları toplanıb.
"Marja" Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatlarına istinadən xəbər verir ki, könüllü həyat sığortası növləri üzrə toplanmış sığorta haqları 2017-ci ilin yanvar-aprel dövrü ilə müqayisədə 2,1 dəfə artıb. 2017-ci ilin ilk 4 ayında könüllü həyat sığortası növləri üzrə 54 milyon 343 min manat sığorta haqları toplanmışdı.
Könüllü həyat sığortasında artımın səbəbi həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqlarının kəskin artmasıdır. Müqayisə olunan dövrdə həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqları 46 milyon 938 min manatdan 96 milyon 708 min manata yüksəlib (2 dəfə artıb).
2018-ci ilin yanvar-aprel ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 301.4 milyon manat məbləğində sığorta haqları toplanıb. Könüllü həyat sığortaları üzrə toplanmış sığorta haqları cəmi toplanmış sığorta haqlarının 38%-nə, həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqları isə cəmi toplanmış sığorta haqlarının 32%-nə bərabər gəlir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
2018-ci ilin yanvar-aprel ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 78.5 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib. Könüllü həyat sığortaları üzrə sığorta ödənişləri cəmi sığorta ödənişlərinin 38,5%-nə bərabər gəlir.
Toplanmış sığorta haqları
| 2017-ci ilin yanvar-aprel ayları, manatla | 2018-ci ilin yanvar-aprel ayları, manatla |
Həyat sığortası üzrə, o cümlədən: | 54 milyon 343 min | 115 milyon 598 min |
həyatın yaşam sığortası | 46 milyon 938 min | 96 milyon 708 min |
həyatın ölüm halından sığortası | 7 milyon 75 min | 17 milyon 983 min |
əmək qabiliyyətinin sığortası | 292 min 690 | 881 min 300 |
sağalmaz xəstəliklərdən sığorta | 36 min 271 | 25 min 800 |
annuitet sığortası | 0.0 | 0.0 |
Sığorta ödənişləri
| 2017-ci ilin yanvar-aprel ayları, manatla | 2018-ci ilin yanvar-aprel ayları,manatla |
Həyat sığortası üzrə, o cümlədən: | 37 milyon 626 min | 30 milyon 813 min |
həyatın yaşam sığortası | 36 milyon 680 min | 30 milyon 290 min |
həyatın ölüm halından sığortası | 941 min | 523 min |
əmək qabiliyyətinin sığortası | 0.0 | 0.0 |
sağalmaz xəstəliklərdən sığorta | 5 min | 0.0 |
annuitet sığortası | 0.0 | 0.0 |
Həyat sığortası şirkətlərinin topladıqları sığorta haqları (könüllü və icbari həyat daxil)
Şirkət | 2018-ci ilin yanvar-aprel ayları, manatla, Sığorta haqları | 2018-ci ilin yanvar-aprel ayları, manatla, Sığorta ödənişləri |
“Atəşgah Həyat” | 17 milyon 397 min | 7 milyon 834 min |
“Paşa Həyat Sığorta” | 108 milyon 802 min | 17 milyon 926 min |
“Qala Həyat” | 5 milyon 283 min | 6 milyon 410 min |
Həyatım yaşam sığortasının ikinci adı Yığım İnvestisiyası Sığortasıdır. Yığım İnvestisiyası Sığortası Sizə əmək haqqınızdan daha çox gəlir əldə etmək imkanı yaradır. Siz aylıq rəsmi əməkhaqqınızdan müəyyən məbləği sığorta şirkətinə köçürərək həm həyatınızı sığortaladırsınız, həm də ödədiyiniz bu məbləğə görə vergi və investisiya gəliri əldə edirsiniz.
HANSI ÜSTÜNLÜKLƏRƏ MALİKDİR
Yığım İnvestisiyası Sığortası daha az vergi ödənişi, faiz gəliri və həyatınızın sığortası deməkdir.
- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödəməli olduğunuz məbləğin müəyyən hissəsi sizin hesabınızda qalır.
-Sığorta məhsulunu almaq üçün (qoşulduğunuz məbləğ) ödədiyiniz məbləğə görə verməli olduğunuz gəlir vergisi sizin öz hesabınızda qalır.
-Müəyyən olunmuş müddət (qanunla 3 il) bitdikdə, yığılmış pul vəsaitlərinin investisiya olunmuş gəlirlərlə birlikdə əldə edirsiniz.
-Müqavilə müddəti bitməmiş, ölüm hadisəsi baş verdiyi halda yaşam sığortası üzrə nəzərdə tutulmuş sığorta məbləği həcmində ailə üzvləriniz maddi təminat əldə edirlər.
Yığım İnvestisiyası məhsuluna qoşulmaqla 3 ilin sonunda əlinizə vergi güzəştləri və depozit faizləri ilə birlikdə böyük məbləğ gəlmiş olacaqdır. Bu müddət ərzində sizin başınıza hər hansı arzuolunmaz iş gələrsə, o zaman sevdikləriniz heç olmasa sizin yoxluğunuzu maddi olaraq hiss etməyəcəklər.
Qanunla Azərbaycanda işçi əməkhaqqından 14% gəlir vergisi ödəyir və 3% Dövlət Sosial Müdafiə Fonduna köçürür. Üstəlik çalışdığınız şirkət sizə görə əməkhaqqınızın 22%-i məbləğində Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqı ödəyir. Tutaq ki, 1000 manat maaş alırsınız. 3% və 14% ödənişlər çıxıldıqda xalis 850 manat əməkhaqqınız qalır. Bundan başqa, 1000 manat maaşa görə, çalışdığınız şirkət Dövlət Sosial Müdafiə Fonduna 22%, yəni 220 manat köçürür. Azərbaycanda hazırda qüvvədə olan qanunvericiliyə görə, işçi əməkhaqqını həyatın yaşam sığortasına (İnvestisiya yığım) köçürərsə vergi və ödənişlərdən azaddır, yəni dövlətə ödənilən 370 manat sizə qalır. Bundan başqa, sığorta şirkətləri 5-7% illik gəlir vəd edirlər. Nəticədə, Həyatın yaşam sığortası vergi, sosial sığorta haqqı güzəştləri və investisiya gəliri birlikdə, bank əmanətindən daha yüksək nisbətdə gəlir təmin edir. Əməkhaqqısı 2500 manatdan yüksək olanlar daha yüksək qazanc götürürlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 28 d. əvvəl
-
-
52 d. əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
57 d. əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
- 2 saat əvvəl
-
15 saat əvvəl
Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro krediti bloklayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Ən çox oxunanlar
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
Finlandiya şirkəti Avropada ilk kvant hesablama şirkətlərindən biri kimi birjaya çıxmağı planlaşdırır
AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
























