“Baktelecom” simsiz rabitənin əhatə dairəsini genişləndirib
“Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) Bakı şəhərinin məhdud infrastrukturlu ərazilərin telekommunikasiya xidmətləri ilə təmin edilməsinə imkan yaradan simsiz rabitə (LTE - Long Term Evolution) texnologiyasının əhatə dairəsini genişləndirib.
Belə ki, “Baktelecom” “LTE” texnologiyasının tətbiqi üzrə işlərin birinci mərhələsini artıq yekunlaşdırır.
İlkin mərhələdə Savalan yaşayış massivi bütünlüklə, Mərdəkan, Şüvəlan, Bilgəh, Albalılıq, Binə, Hövsan, Yeni Ramanı, Yeni Suraxanı, Sabunçu, Zabrat, Qala, Buzovna, Pirşağı, Binəqədi kəndi, Qaradağ və Badamdar ərazilərinin bir qismində şəbəkə istismara verilib.
Yay mövsümünün əvvəlinədək Biləcəri, Zirə, Türkan, Maştağa, Nardaran, Qaraçuxur, Keşlə, Rəsulzadə qəsəbəsinin Vorovski yaşayış massivi, Həzi Aslanov və Əhmədli ərazilərinin bir hissəsi də simsiz rabitə şəbəkəsinin əhatə dairəsinə daxil ediləcək.
“Baktelecom”un təqdim etdiyi yeni simsiz rabitə standartı əhalinin istifadə etdiyi alternativ texnologiyalardan üstünlüyü ilə seçilir. Genişzolaqlı simsiz şəbəkə müvafiq ərazilərdə quraşdırılan baza stansiyalarından ötürücü qurğular vasitəsilə abunəçilərin əldə etdiyi qəbuledicilərə ötürülür. Nəticədə IP texnologiyaları əsasında çalışan LTE texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsinə imkan yaradır.
“LTE” şəbəkəsinin əhatə dairəsinə daxil olan zonalarda telefon, internet və digər multimedia xidmətlərini dəstəkləyən cihazları telekommunikasiya xidmət mərkəzlərindən əldə etmək mümkündür. Abunəçi 25 manatlıq internet paketi üçün 1 il öncədən ödəniş etdiyi halda avadanlığı pulsuz əldə edə bilər.
LTE texnologiyası 100 mb-ə qədər məlumat ötürmə sürətinə malikdir və ən perspektivli simsiz texnologiyalardan biri hesab olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
1 saat əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
2 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
2 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 3 saat əvvəl
-
3 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Mayın 19-da gözlənilən hava şəraiti
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
Ən çox oxunanlar
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb






.jpg)















.jpg)