“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Türkiyədə iki şirkət təsis edib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Türkiyədə iki yeni şirkət təsis edib.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, “Caspdry” və “Casptankers” adları ilə fəaliyyət göstərəcək şirkətlər Xəzərdənkənar hövzələrdə Azərbaycan bayrağı altında üzən gəmilərin daha səmərəli istismarına nail olmağa çalışacaq. “Caspdry” quru, “Casptankers” isə maye yüklər daşıyan gəmilərin istismarını həyata keçirəcək.
Fevralın 3-də İstanbulda keçirilən mərasimdə dünyanın tanınmış təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosu ( ABS) “Caspdry” şirkətinə İSM-in tələblərinə cavab verdiyini təsdiqləyən uyğunluq sertifikatını təqdim edib. Yaxın vaxtlarda “Casptankers”ə də belə sertifikatın təqdim olunacağı gözlənilir. Bu sertifikatlar isə hər iki şirkətə Xəzərdənkənar hövzələrdə iri həcmli gəmilərin istismarına imkan verəcək.
ABS-in rəsmi nümayəndələri və auditorlarının iştirak etdiyi mərasimdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliy” QSC-nin sədri Rauf Vəliyev bildirib ki, “Caspdry” və “Casptankers” bütün standartlara, o cümlədən yüksək təhlükəsizlik tələblərinə cavab verərək beynəlxalq sularda quru yük və neft məhsulları daşımalarında lider şirkətlərin birinə çevriləcəkdir. Eyni zamanda, şirkətlərin fəaliyyəti azərbaycanlı dənizçilərin beynəlxalq sularda üzmə imkanlarını da xeyli genişləndirəcək.
Donanmasının yenilənməsinə xüsusi diqqət yetirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliy ” QSC-nin əsas hədəflərindən biri də xarici sularda davamlı fəaliyyət göstərməkdir. Hazırda Gəmiçiliyin Qara və Aralıq dənizlərində 10 quruyük gəmisi üzür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
12 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)


