Kassa çeki tələb etməklə vətəndaş öz hüquqlarını qoruyur
Vergi Məcəlləsində nağd pul hesablaşmalarının aparıldığı təsərrüfat subyektləri və obyektlərində vergi ödəyiciləri tərəfindən nəzarətkassa aparatlarının quraşdırılması vəzifələri təsbit olunub. Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, bəzi fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatları (NKA) vasitəsilə aparılmalıdır. Nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin sənədlərdə qanunvericiliklə müəyyən olunmuş məlumatların əks etdirilməsini təmin etmək NKA istehlakçısının vəzifələrinə aiddir. Hazırda NKA-ların qeydiyyatı, quraşdırılması, istifadəsi üçün lazım olan bütün infrastruktur mövcud olsa da, bəzi təsərrüfat subyektlərində həmin cihazdan istifadədə ciddi problemlər müşahidə olunur.
Çek tələb etməməklə vətəndaş öz istehlakçı hüquqlarından məhrum olur
İqtisadçı ekspert Qalib Toğrul bildirib ki, əksər ticarət və ictimai iaşə obyektləri tərəfindən verilən çeklərdə vergi ödəyicisinin adı, VÖEN-i göstərilsə də, tələb edilən bütün məlumatlar olmur. Böyük supermarketlərdə alıcılara təqdim edilən malların adı, miqdarı və yekun məbləği əks olunmuş sənəd kassa çeki deyil, qaimədir və bu sənəd kassa çekini əvəz edə bilməz. Kassa çeklərində müvafiq məlumatların olmasını nəzarət-kassa aparatını quraşdıran firma təmin edə bilər. Kassa çeklərində yekun məbləğlə yanaşı, ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləğinin göstərilməsi tələbi qoyulub.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, istehlakçıların ərizələrində göstərilən qanun pozuntularının böyük bir qismi müxtəlif ticarət və iaşə obyektlərində kassa çeklərinin verilməməsi ilə bağlıdır. İstehlakçıların ərizələri araşdırıldıqda əksər hallarda onların haqlı olduğu aşkara çıxır. Paytaxtın və bölgələrin bir çox ticarət, ictimai-iaşə, xidmət obyektlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən kassa aparatlarından istifadə edilməməsi, vurulmuş kassa çeklərinin alıcılara verilməməsi və nəticə etibarilə ümumi dövriyyənin gizlədilməsi halları narahatlıq doğurur. Adi müşahidələr göstərir ki, hər 5 alıcıdan 3-ü çek tələb etmir. Kompüter və telefon avadanlıqları satışı ilə məşğul olan kiçik obyektlərdə, inşaat materialları mağazalarında, gül dükanlarında, geyim mağazalarında və digər obyektlərdə NKA aparatları lazımsız əşya kimi kənarda qalıb.
E.Hüseynovun sözlərinə görə, market və dükanların bir çoxunda alış zamanı xəzinədar tərəfindən kompüterdən çıxarılan qəbzdə (barkod) malların qiyməti və siyahısı, hesablanmış ƏDV əks etdirilir. Kassa çekinin verilməməsi nəticəsində həm istehlakçıların hüquqları pozulur, həm də vergidən yayınma halları baş verir.
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna əsasən, vətəndaşlar hər hansı mübahisə halları yarandıqda öz hüquqlarını məhkəmə səviyyəsində müdafiə etmək üçün istehlakçının əlində ciddi sənəd kimi kassa mədaxil orderi olmalıdır. Həmin sənəd, sadəcə, satış qəbzi olduqda istehlakçının hüquqlarının qorunmasını təmin etmək çox çətindir.
E.Hüseynov qeyd edib ki, istehlakçıların satış mağazalarında və marketlərdə aldadılması hallarından biri də vitrindəki qiymətlərlə kassada qəbzə vurulan məbləğ arasında fərqin yaranmasıdır.
Kassa çekinin verilməməsi məsuliyyət yaradır
Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni NKA və ya ciddi hesabat blankları tətbiq edilmədən, vergi orqanlarında qeydiyyatdan keçirilməyən və ya texniki tələblərə cavab verməyən cihazlardan istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim olunmalı çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:
- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 2000 manat məbləğində;
- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 4000 manat məbləğində;
-təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Çek tələb etməkdə hamı fəal olmalıdır
Kassa çekinin tələb edilməməsi verginin dövlət büdcəsindən gizlədilməsinə səbəb olur. Bu isə hər birimizin gələcək həyatına təsir edir: həmin vəsaitlə insanların sosial həyatını daha da yaxşılaşdırmaq olar. Ona görə də dövriyyəyə cəlb edilməli vergilərin ödənilməsi aktual məsələ kimi gündəmdən düşməməlidir.
Vergi orqanı müasir NKA-lar vasitəsilə (elektron məsafədən ötürmə qurğularının və ya elektron nəzarət lentinin köməyilə) vergi ödəyicisinin apardığı əməliyyatlarla bağlı bütün zəruri məlumatları əldə edə bilir. Ona görə də mağaza sahibləri kassa aparatlarından istifadə etməməklə vergini gizlədə biləcəyini, dövlət orqanlarını aldadacağını ağlına belə gətirməməlidir. Çünki NKA vasitəsilə aparılan nağd pul hesablaşmaları barədə bütün məlumatları ortaya çıxarmaqla, ödəyicinin hansı qanunsuzluqlara yol verdiyini sübut etmək çətin deyil. NKA-ya mədaxil olunmuş dövriyyə barədə «Z» hesabatının surəti kifayət edir ki, ödəyicinin hansı məbləğdə vergidən yayındığı müəyyən edilsin.
Kassa çekinin tələb edilməsində vətəndaşlar da fəal olmalıdırlar. Çünki əksər hallarda mağaza sahibləri çek tələb etmədiklərinə və yaxud təqdim olunan çek götürülmədiyinə görə bundan sui-istifadə edirlər. Vətəndaşların çek tələb etmək vərdişinin olmaması qarşı tərəfi daha da arxayınlaşdırır.
Vergilər Nazirliyi davamlı olaraq təşviqedici və izahedici məlumatlarla sahibkarları qanunların tələblərinə və nağd hesablaşmaların aparılması qaydalarına əməl etməyə, nəzarət-kassa aparatlarından düzgün istifadəyə, vurulmuş çekləri mütləq qaydada alıcılara verməyə dəvət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq




















