“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Dünya valyuta birjalarında avro 1.1830$-a kimi də bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb. Hal-hazırda 1.1800$-ın altında ticarət edilən EUR/USD məzənnəsi 1.1750$-ı da aşağı istiqamətdə qırarsa, 1.1700 və 1.1670$-a kimi də ucuzlaşa bilər.
Eyni zamanda, çərşənbə axşamı Bakı vaxtı ilə saat 16:30, çərşənbə günü saat 22:00, cümə axşamı saat 15:45 və cümə günü saat 13:00-da müvafiq olaraq açıqlanacaq ABŞ-dan inflyasiya, Amerika Mərkəzi Bankının faiz qərarı, Avropa Mərkəzi Bankının faiz qərarı və Avrozonada inflyasiya göstəriciləri fonunda bu həftə güclü hərəkətlilik gözlənilir.
GBP
GBP/USD məzənnəsi də ucuzlaşır. Təhlillərə əsasən, hal-hazırda 1.34$-a ticarət edilən GBP/USD məzənnəsi 1.3380$-ı da aşağı istiqamətdə qırarsa, 1.3300$-a kimi də dəyər itirə bilər.
Çərşənbə axşamı və çərşənbə günləri müvafiq olaraq saat 12:30-da dərc ediləcək İngiltərənin əmək bazarı və inflyasiya ilə bağlı önəmli fundamental məlumatları da investorların diqqət mərkəzindədir.
TRY
Türkiyə bazarlarında dollar 4.68TL-ə kimi bahalaşdıqdan sonra 4.45TL-ə kimi ucuzlaşıb və 4.38 və 4.33TL-ə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.
Ramazan bayramı ilə əlaqədar olaraq cümə axşamı və cümə günləri Türkiyə maliyyə bazarları işləməsə də dünya birjalarında USD/TRY məzənnəsində də bu həftə güclü hərəkətlilik müşahidə edilə bilər.
OIL
Enerji bazarlarında isə 76.00$-a ticarət edilən Brent nefti qiymətinin texniki analizlərə əsasən, 75.24$-ı da aşağı istiqamətdə qırılarsa, eniş dalğası 73.80$-a kimi sürətlənə bilər. Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında qızılın gələcək qiymət tendensiyası fonunda qeyri-müəyyənlik müşahidə edilir. Bir unsiya üzrə qiymət artıq təqribən bir aydır 1290 (41.4 $/qram) və 1305$ (41.9 $/qram) aralığında dalğalanmaqdadır. Lakin təhlillərə əsasən, ABŞ-da inflyasiya yenidən güclənərsə, bu, qızıl qiymətlərinin də 1315$-a (42.2 $/qram) kimi dəyər qazanmasına səbəb ola bilər. Bunun üçün isə 1305$-ın yuxarı istiqamətdə qırılmasını gözləmək lazımdır.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 16 saat əvvəl
-
- 17 saat əvvəl
-
18 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)










