Mühasibatlıq sahəsində dəyişikliklərlə bağlı tədbir keçirilib
14 iyun 2018-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiya (ARPA) ilə birgə, İstiqlaliyyət 31C ünvanında yerləşən ARPA-nın ofisində “Mühasibat uçotu haqqında” qanuna edilmiş dəyişikliklərlə bağlı ölkənin aparıcı dövlət müəssisələrinin, audit şirkətlərinin və korporativ sektorun iri nümayəndələrinin və maliyyə sektorunun iştirakı ilə tədbir keçirilmişdir.
“Azərbaycan Mühasiblər və Risk Peşakarları Assosiasiyası”nın İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Marja”ya daxil olmuş məlumata görə, tədbir zamanı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva qanunda olan dəyişikliklər barədə ictimaiyyətə ətraflı şərh vermişdir. Tədbirdə maliyyə sahəsində çalışan çox sayda ekspertlər də iştirak edərək aidiyyatı suallar vermis, öz mülahizələrini ictimaiyyətlə bölüşmüşlər.
ARPA-nın İcraçı Direktoru Ə.Bayramovun sözlərinə görə, ARPA peşəkar mühasib təşkilatı olaraq mühasiblərin peşəkarlığının inkişaf etdirilməsi istiqamətində Maliyyə və Vergilər nazirlikləri ilə fəal əməkdaşlıq edir. Mühasibatlıq sahəsində atılan önəmli addım ARPA-da bu sahədə yeni komitənin təsis edilməsi olmuşdur. Qeyd edilən komitəyə mühasibatlıq sahəsində böyük təcrübəyə malik olan Firudin Sultanov sədrlik edir.
Qanuna son dəyişikliklərdə ilk dəfə olaraq peşəkar mühasib anlayışı öz əksini tapıb. Peşəkar mühasib sayılmaq üçün Dövlət İmtahan Mərkəzinin müvafiq imtahanlarda iştirak edərək sertifikat əldə etməsi, eləcə də Peşakar Mühasibat Təşkilatı kimi akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatına üzv olması tələb olunur.
Həmin Qanun özündə maliyyə hesabatlarının tərtib edilməsi ilə əlaqədar tam olaraq belnəlxalq standartlara keçilməsi, mühasibat uçotunun aparılması ilə əlaqədar uçot qaydalarının qəbul edilməsi ilə bağlı müddəaları əks etdirir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Eyni zamanda Qanuna peşəkar mühasiblər təbəqəsinin yaradılması ilə əlaqədar müvafiq müddəalar daxil edilmişdir.
2009-cu ildən fəaliyyət göstərən ARPA müxtəlif yerli sertifikasiya modelləri təsis etmiş və beynəlxalq səviyyəli imtahanların keçirilməsində təcrübə qazanmışdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























