Bir mexanizatora yeni sürücülük vəsiqəsi verilib, 5 texnika texniki baxışdan keçirilib
Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən respublikanın 17 regionunda traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahan-qeydiyyat məntəqələri yaradılıb.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, imtahan-qeydiyyat məntəqələrinin işini daha sürətli, operativ şəkildə və şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq prinsipinə əsaslanaraq vətəndaşlara yerlərdə xidmət göstərməsi məqsədilə Xidmət tərəfindən yaradılmış Səyyar Xidmət Qrupu traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücü vəsiqələrinin qısa müddətdə dəyişdirilməsi, verilməsi, dövlət qeydiyyatından yayınmış texnikaların qeydiyyata alınması, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi proseslərini həyata keçirir.
Ötən dövr ərzində qrup tərəfindən Şirvan, Qazax, Quba, İmişli, Masallı, Bərdə, Ağsu, Beyləqan, Ağcabədi, Balakən, Qax, Saatlı, Salyan, Şəki, Şamaxı, Göygöl, Şəmkir, Yevlax, Cəlilabad, Lənkəran, Lerik, Hacıqabul, Siyəzən, Zərdab, Qobustan, Ağstafa, Cəbrayıl, Füzuli və digər bölgələrində 6000-dən artıq artıq mexanizatorun etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri dəyişdirilib, 120 nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb, 300-ə yaxın nəqliyyat vasitəsi texniki baxışdan keçirilib, 110 nəfərdən çox vətəndaşlardan nəzəri imtahan qəbul edilib.
İyulun 20-də isə Şamaxıda Səyyar Xidmət Qrupu tərəfindən Qəbələ, İsmayıllı, Şamaxı, Qobustandan gəlmiş 65 mexanizatorun sürücülük vəsiqələri yenisi ilə əvəz olunub, 1 nəfər imtahan verərək traktor və mexaniki nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi alıb, 5 nəfər texnikasını texniki baxışdan keçirib, 5 nəfərin texnikası isə dövlət qeydiyyatına alınıb. Mexanizatorlara səyyar xidmətin göstərilməsini Şamaxıda səfərdə olan kənd təsərrüfatı naziri İnam Kərimov da izləyib.
Nəqliyyat vasitələrinin texniki baxışı zamanı tüstüyə operativ nəzarət portativ cihazı, mexaniki nəqliyyat vasitələrinin sükan idarəetməsinin boşluğunun ölçü cihazı, yolda sınama metodu ilə tormoz sisteminin effektivliyinin ölçü cihazı kimi müasir cihazlardan istifadə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















