Qaxdakı dövlət əmlakı 75 min manata satılır
Dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 21 avqust tarixində keçiriləcək. Budəfəki hərraca 151 dövlət əmlakı çıxarılıb. Bunlardan 23-ü səhmdar cəmiyyətləri, 86-sı kiçik dövlət müəssisəsi, 33-ü qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.
Pambıqçılıq, quşçuluq, təmir-tikinti, nəqliyyat və digər iqtisadi sahələrə aid olan səhmdar cəmiyyətləri paytaxtla bərabər Saatlı, Beyləqan, Goranbay kimi rayonlarda yerləşir. Belə dövlət əmlaklarına “İsmayıllı Təmir Tikinti”, “Salyan broyler”, “Sabirabad Təmir-tikinti”, “Biləsuvar Broyler” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.
Bu hərracda da investorlar üçün müxtəlif növ biznes ideyalarının reallaşmasına imkan verə biləcək kiçik dövlət müəssisəsi və obyektlərini özəlləşdirmək imkanı yaradılıb. Məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aid olan bu əmlaklardan biri də ümumi faydalı sahəsi 339 kv.m olan Əmlak kompleksidir. Qax rayonu, Əmbərçay kəndində yerləşən bu obyekt torpaq sahəsi ilə birgə özəlləşdiriləcək. İlkin qiyməti 75 min manat təyin olunmuş əmlak investora müxtəlif xidmət sahələrində yüksək gəlir gətirə bilər. Alıcıların geniş ticarət planlarını reallaşdıracaq çoxsaylı mağazalar da budəfəki hərraca çıxarılıb. Onlardan biri də Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsində yerləşən ümumi faydalı sahəsi 398 kv.m olan 7 saylı mağazadır.
Hərraca çıxarılan ictimai iaşə və məişət xidmətləri göstərə biləcək qeyri-yaşayış sahələri yerləşdiyi ərazi, ümumi faydalı sahəsi və təyin olunan ilkin qiymətinə görə müxtəlifdir. Belə ki, onlardan 24-ü Bakıda, 8-i Sumqayıtda, 1-i isə Xızıda yerləşir. Bu qeyri yaşayış sahələrinin ümumi faydalı sahəsi 14 kv.m ilə 1612 kv.m, təyin olunan ilkin qiymət isə 2 min 500 manat və 1 milyon 500 min manat aralığındadır.
Özəlləşdirilməyə çıxarılan müxtəlif ölkələrdə istehsal olunan nəqliyyat vasitələrinin buraxılış tarixi 1994-2008 illəri əhatə edir. Bu avtomobillər Hyundai, Mercedes, Fiat, BMW və digər məşhur markalara aiddir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
3 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
3 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
3 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 4 saat əvvəl
-
4 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir






















