Abdolbari Goozalın Azərbaycanda qazancı azalıb
“Azərsun Holdinq” MMC və onun törəmə müəssisələrinin 2017-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatı dərc edilib.
“Marja” hesabata istinadən xəbər verir ki, “Azərsun Holdinq”in 2017-ci ildə xalis mənfəəti 2016-cı illə müqayisədə 42% azalaraq 27 milyon 105 min manat təşkil edib. “Azərsun Holdinq” devalvasiyadan sonra 2016-cı ilin yekunları üzrə 46 milyon 670 min manat xalis mənfəət açıqlamışdı.
Ötən il "Azərsun" 10 milyon 325 min manat mənfəət vergisi ödəyib. 2016-cı ildə bu rəqəm 11 milyon 588 min manat təşkil etmişdi.
“Azərsun Holdinq”in satışdan gəlirləri də azalıb. 2016-cı ildə 822 milyon 709 min manat təşkil etmiş gəlirlər 792 milyon 758 min manata düşüb (29 milyon 951 min manat azalma). Satışın maya dəyəri isə cüzi - 698 milyon 478 min manatdan 694 milyon 504 min manata geriləyib.
31 Dekabr 2017-ci il tarixində “Azərsun Holdinq” 646 milyon 100 min manat cəmi aktivlərə malik olub. Holdinq 2016-cı ilin sonunda 595 milyon 835 min manat cəmi aktivlərə malik idi. Həmçinin, ötən ilin sonunda holdinq 389 milyon 25 min manat cəmi öhdəliklərə və 257 milyon 75 min manat cəmi kapitala malik olub.
Abdolbari Goozal “Azərsun Holdinq“in Müşahidə Şurasının sədridir və Qrupa o nəzarət edir.
1994-cü ildən Azərbaycanda fəaliyyət göstərən "Azərsun Holdinq" qida məhsulları, bu məhsullar ilə əlaqəli qeyri-qida məhsulları istehsal edir. "Bazarstore" supermarketlər şəbəkəsi də holdinqə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 4 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























