Ruhani - Tramp dueli İran rialını kəskin dəyərdən salıb
ABŞ sanksiyalarının təsiri iləiqtisadi sahədə ciddi sıxıntılar yaşayan İranda, ölkənin pul vahidi Rial tarixinin ən aşağı səviyyəsinə enib. Bir dollar 95 min 400 riala satılıb.
Yalnız son dörd gündə digər valyutalarına qarşı təxminən 10 faiz dəyər itirən rial, dünən 5.5% dəyərdən düşüb.
"Marja" xəbər verir ki, dünən İranda Dollar sərbəst bazarda 95,400 rialı aşaraq tarixi bir rekord qırıb.
Mütəxəssislər, dünənki sərt ucuzlaşmanın, Prezident Həsən Ruhani və ABŞ Prezidenti Donald Trump arasında yaşanan söz duelindən qaynaqlandığını bildirirlər. Ətraflı oxuyun: Trampdan Ruhaniyə: Bir daha heç vaxt ABŞ-ı təhdid etmə
Rial, Qərb ölkələrinin İran ilə imzaladığı nüvə müqaviləsindən çıxacağı şayiələri ilə 2018-ci ilin əvvəlindən ucuzlaşmağa başlamışdı. 8 Mayda Trampın ABŞ-ın müqavilədən çıxdığını rəsmən açıqlamasından sonra Rialın ucuzlaşması daha da sürətləndi.
2018-ci ilin əvvəlində bir dollar təxminən 43 min riala bərabər idi, dünən isə 95 min 400 riala mübadilə edilib. Beləliklə, bu il dollar İran rialı qarşısında 122% bahalaşıb.
SABİT MƏZƏNNƏ SİYASƏTİ NƏTİCƏ VERMƏDİ
Ruhani rəhbərliyi, valyuta məzənnəsindəki hədsiz artım səbəbilə 10 Apreldə dolların məzənnəsini 42 min riala sabitləmişdi və valyuta dəyişmə məntəqələrində alış-satış qadağan edilmişdi. Atılan bu addım uğursuz olub. Keçən həftə geri addım atılaraq ixracatçı və idxalçıların alış-satış edə biləcəyi ikinci bir valyuta bazarı işə salınmışdı. Bu tədbir də nəticə verməyib, rialın ucuzlaşması davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 4 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























