ABŞ və Avropa Birliyi ticarət baryerlərini sıfırlamaq üçün razılaşdı
Tramp Avropadan istədiyini aldı
ABŞ Prezidenti Donald Tramp və Avropa Komissiyasının sədri Jan Klod Yunkerin, artan ticarət gərginliyini ortadan qaldırmaq üçün keçirdikləri görüş razılaşma ilə nəticələnib.
"Marja" xəbər verir ki, Ağ Evdə görüşən Tramp və Yunker, uğurlu keçən danışıqlarının ardından mətbuat konfransı keçiriblər.
ABŞ-Avropa Birliyi (AB) əlaqələrində yeni bir dövr başlamaq üçün görüşdüklərini bildirən Donald Tramp, "Bu gün Avropa Birliyi ilə avtomobil xaric sənaye məhsullarına qarşı tarifləri, məhdudiyyətləri və subsidiyaları sıfırlamağa çalışmaq məsələsində razılaşma əldə etdik",- deyib.
Tramp, kimyəvi və aqrar məhsullara qarşı ticarət baryerlərini azaltmaq məsələsində də razılaşdıqlarını qeyd edib, Amerikalı fermerlərə, AB-nin çox qısa müddət ərzində ABŞ-dan soya idxalına yenidən başlayacağı müjdəsini verib.
Bu addımların ABŞ ilə AB arasındakı ticarəti daha ədalətli bir hala gətirəcəyini vurğulayan Tramp, həmçinin AB-nin ABŞ-dan böyük miqdarda mayeləşdirilmiş qaz (LNG) satın alacağını da bildirib.
Avropa Birliyi (AB) Komissiyasının Prezidenti Yan Klod Yunker isə, "ABŞ Prezidenti Donald Tramp tərəfindən Ağ Evə dəvət ediləndə tək niyyətim razılaşmaq idi. Bu gün də razılaşdıq" -deyib
Yunker, ABŞ ilə AB arasında avtomobil xaric sənaye məhsulların idxalına tətbiq edilən ticarət məhdudiyyətlərinin sıfırlanması məsələsində razılaşdıqlarını bildirib və bunun özünün ən mühüm hədəflərindən biri olduğunu vurğulayıb.
Həmçinin, enerji sahəsindəki əməkdaşlığı gücləndirmək barədə razılaşdıqlarını bildirən Yunker, "ABŞ-dan daha çox mayeləşdirilmiş qaz alacağıq. Bu digərləri üçün də bir mesajdır" ifadələrini istifadə edib.
Yunker həmçinin AB-nin ABŞ-dan daha çox soya idxal edəcəyini təsdiq edib.
ABŞ ilə AB-nin beynəlxalq ticarət standartları mövzusunda da əməkdaşlıq edəcəyini bildirən Yunker, Dünya Ticarət Təşkilatının yenidən təşkili məsələsində birlikdə işləməyə qərar verdiklərini də bildirib.
AB Komissiyası sədri Yunker, tərəflərin müzakirələr davam edərkən gərginliyi artıran addımlardan yayınacaqlarına işarə edərək, "Bunlar, əlbəttə ki, müzakirələr davam edərkən, tərəflərdən biri imtina etmədiyi müddətcə, yeni tariflərin təxirə salınması ilə, polad və alüminium qarşı mövcud tariflərin yenidən nəzərdən keçirilməsinə bağlıdır" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















