Trampın Çinə qarşı əlavə vergiləri qaldıracağı iddia edilib
ABŞ Prezidenti Donald Trampın, Çinin cavablarını görə tətbiq ediləcək 10%-lik əlavə gömrük vergisini, Pekin hökuməti üzərindəki təzyiqi artırmaq üçün 25%-ə qaldırmağı planlaşdırdığı iddia edilib.
Amerika mətbuatında çıxan xəbərlərə görə, Ağ Ev son günlərdə azalan ticarət müharibəsi narahatlıqlarına yenidən təkan verəcək bir addıma hazırlaşır.
Bloomberg və CNN-in adsız mənbələrə istinadən yaydığı xəbərlərdə, Tramp hökumətinin təxminən 200 milyard dəyərində 5 min Çin məhsuluna tətbiq edilməsi planlaşdırılan tarif faizini, 10%-dən 25%-ə qaldıracağı qeyd edilib.
Qarşılıqlı gömrük rüsumları ilə gərginləşən münasibətlər və zəifləyən müzakirələrin ardından Pekin hökuməti üzərindəki təzyiqi artırmağı hədəfləyən bu qərarın gələcək günlərdə rəsmən açıqlanacağı qeyd edilib.
ABŞ Ticarət Nümayəndəliyinin (USTR), Trampın İyunun 18-də verdiyi sərəncam əsasında hazırladığı 5 min Çin qeydiyyatlı məhsulun olduğu siyahıda bir çox çeşiddə məhsul yer alır.
ABŞ-Çin ticarət müharibəsinin inkişafı
ABŞ ilə Çin arasında ticarət müharibəsi, Tramp-ın 23 Martda idxal polad və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz əlavə gömrük vergisi tətbiq etməsi ilə başladı.
Çin, Vaşinqtonun polad və alüminium məhsullarına qarşı əlavə gömrük vergilərinə cavab olaraq aprelin əvvəlində ABŞ qeydiyyatlı 128 məhsula 15 faiz ilə 25 faiz tarif tətbiq etdi.
22 Mart tarixində ABŞ rəhbərliyi, Çinin, amerikalı şirkətlərin texnologiyalarını və əqli mülkiyyətlərini ələ keçirməyə yönəlmiş qanunsuz fəaliyyətləri səbəbilə 50 milyard dəyərindəki mindən artıq Çin məhsuluna iki mərhələli olaraq 25 faiz əlavə gömrük vergisi tətbiq edəcəyini açıqladı.
Pekin rəhbərliyinin, ABŞ-ın yalnız Çini hədəf alan bu həmləsinə reaksiyası gecikmədi. Çin Ticarət Nazirliyi, bu qərara cavab olaraq ABŞ-dan idxal edilən 50 milyard dollar məbləğindəki 659 məhsula 25 faiz gömrük vergisi tətbiq edəcəyini bildirdi.
ABŞ Prezidenti Donald Tramp, 18 İyunda Çinin daha əvvəl açıqladığı tariflərə cavab tədbirlərilə qarşılıq verməsi halında 200 milyard dollar dəyərində məhsula daha 10 faiz gömrük vergisi tətbiq edilməsi tapşırığını verib.
Təqvimlər 6 İyulu göstərdikdə, ABŞ rəhbərliyi, Çindən idxal edilən 34 milyard dollar dəyərindəki 800-dən çox məhsula 25 faiz əlavə gömrük vergisi tətbiq etməyə rəsmən başladı.
Çin rəhbərliyi, Trampın bütün təhdidlərinə baxmayaraq ABŞ-ın idxal məhsullara qarşı tarif artımlarının "anında qüvvəyə mindiyini" bildirdi.
ABŞ-ın indiyə qədər atdığı proteksionist ticarət addımlarına "qisasa qisas" cavabı verən Çin, daha əvvəl 10% olaraq açıqlanan əlavə vergi nisbətinin 25%-ə yüksəldilməsinə necə qarşılıq verəcəyi maraqla gözlənilir.
Müştərilərin xəbərləri
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
19 d. əvvəl
Sənət, şəhər və yaşayışın gələcəyi - Bahar Residence-də fərqli bir gün
-
- 34 d. əvvəl
-
39 d. əvvəl
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
-
41 d. əvvəl
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
-
1 saat əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
1 saat əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub

















.jpg)





