Ərdoğan: ABŞ-ın iki nazirinə sanksiya tətbiq edəcəyik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, rahib Brunson böhranının ardından ABŞ-ın Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülün ABŞ-dakı əmlaklarının dondurulması qərarına qarşı cavab verəcəklərini deyib.
Ərdoğan, ABŞ-ın daxili işlər və ədliyyə nazirlərinin Türkiyədəki əmlaklarını donduracaqlarını açıqlayıb.
"Amerika nazirlərimizə sanksiya tətbiq etməklə Türkiyəyə qarşı ciddi hörmətsizlik edib" deyən Ərdoğan, ABŞ-ın iki nazirinə qarşı sanksiya tətbiq edərək cavab verəcəklərini bildirib. "Hər zaman qazan-qazan prinsipinin tərəfdarıyıq" - deyən Ərdoğan, diplomatiya kanallarının açıq olduğunu da vurğulayıb.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
"Amerikanın, xüsusilə İzmirdəki rahib Brunson ilə bağlı atdığı addım strateji tərəfdaşlığa yaraşmayacaq addımdır. Amerika bu addımla Türkiyəyə qarşı ciddi hörmətsizlik etmişdir. 6 dəfə Amerikaya girib çıxan "Xalq Bank"ımızın Baş direktor müavinini həbs etmək vasitəsilə bizimlə bir mübadiləyə girmək niyyətindədirlər. Səmimi hərəkət etməliyik, strateji tərəfdaşlığın tələblərini yerinə yetirməliyik. Biz xarici siyasətimizi heç bir zaman yalanlar üzərində qurmamışıq, hər zaman dik dayandıq. Bu gün göstərişi verirəm, Amerikanın ədliyyə və daxili işlər nazirlərinin Türkiyədəki əmlakları dondurulsun",- Türkiyə Prezidenti deyib.
"BU CÜR TƏZYİQLƏRƏ HEÇ VAXT BOYUN ƏYMƏMİŞİK"
"Təkrar edirəm, təhdid dili ilə və sanksiya qərarı ilə geri addım atacağımızı güman edənlər bu ölkəni də, bu milləti də heç tanımamış deməkdir. Bizi Amerika sisteminin incəliklərini bilməməkdə günahlandıranların bu ölkənin tarixindən və millətindən bixəbər olduqları görünür. Bu cür təzyiqlərə heç vaxt boyun əyməmişik",- Ərdoğan deyib.
ABŞ, rahib Endryu Brunsonun Türkiyədəki məhkəməsi səbəbindən Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə sanksiya tətbiq etmək qərarı verib.Sanksiyalar çərçivəsində, iki nazirin ABŞ-dakı əmlakları və əmlaklarından əldə edəcəkləri faiz gəlirləri dondurulub və ABŞ vətəndaşlarının nazirlərlə hər hansı bir iş və əməliyyat keçirməsi qadağan olunub.
Sanksiya qərarını ilk olaraq Ağ Evin sözçüsü Sarah Sanders açıqlamışdı.
Sanders, "ABŞ Prezidentinin göstərişi əsasında ABŞ-ın Xəzinə Nazirliyi, ikisi də Brunsonın həbs olunmasında mühüm rol oynayan daxili işlər və ədliyyə nazirlərinə sanksiya tətbiq edir" açıqlamasını vermişdi.
Sanders, "Brunsonın hər hansı bir cinayət törətdiyinə dair bir dəlil olmadığını və onun Türkiyı hökumətinin ədalətsiz həbsinin qurbanı olduğunu" bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
11 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
13 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti







.jpg)


















