Nazirin "tviti" ölkəni 20 milyard dollar ziyana saldı
Səudiyyə Ərəbistanının təhlükəsizlik orqanlarının paytaxt Ər-Riyadda bəzi insan haqları aktivistini həbs etməsindən sonra Kanadanın xarici işlər naziri Chrystia Freeland-in "Twitter" vasitəsilə verdiyi bəyanat (yazdığı tweet), ilkin məlumata görə, Kanadaya təxminən 20 milyard dollar ziyan vurub.
"Marja" xəbər verir ki, Kanada ilə Səudiyyə Ərəbistanı arasındakı böhran dərinləşdikcə, iqtisadi ölçüsünə dair ilk rəqəmlər də ortaya çıxmağa başlayıb.
Nazir Freeland-in, hazırda Ər-Riyadda həbsdə olan kanadalı bloger Raif Badavinin bacısı Samar Badavi ilə bir qadının həbs olunmasının ardından Səudiyyə Ərəbistanından bu şəxsləri azad etməyə çağıran bəyanatı, iki ölkə arasında diplomatik münasibətlərin pisləşməsinə səbəb olub.
15 milyard dollarlıq alış dayandı
Səudiyyə Ərəbistanı Kanada ilə ticarət əlaqələrin dondurmaq barədə qərar verib. Bu qərar, Kanadanın Səudiyyə Ərəbistanına satışına qərar verilən və hələ istehsal mərhələsində olan cəmi 15 milyard dollarlıq 928 ədəd yüngül və ağır hərbi zirehli maşın sifarişinə də təsir edib.
Səudiyyə Ərəbistanı, dövrün Kanadanın Baş naziri Stefan Cozef Harperin zamanında, Ontario ştatındakı "General Dynamics Land Systems" (GDLS) şirkətinin istehsal etdiyi "Light Armoured Vehicles-LAV" (Yüngül Silahlı Vasitələr) tipli hərbi vasitələrdən 928 ədəd sifariş etmiş, 2014-cü ildə əməliyyatları tamamlanan satış, 2015-ci ildə hakimiyyətə gələn Justin Trudeau hökuməti tərəfindən təxirə salınmışdı.
2 min 470 nəfər işindən olacaq
Kanada ictimaiyyətində uzun müddət mübahisələrə səbəb olan satış, dövrün xarici işlər naziri Stefan Dionun təşəbbüsləri ilə 2016-ci ilin aprel ayında təsdiq edilmiş və istehsala fazasına keçilmişdi.
Sözügedən sifarişi alan GDLS, bu istehsal üçün 2 min 470 nəfəri işə qəbul etmişdi. Səudiyyə Ərəbistanının son qərarı ilə bu şəxslərin işlərindən azad ediləcəyi açıqlanıb.
Kanadadan geri çağıran səudiyyəli tələbələr
Səudiyyə Ərəbistanının ticarət əlaqələri dondurmaq qərarı çərçivəsində Kanadadakı universitetlərdə Səudiyyə Ərəbistanının dövlət təqaüdü ilə oxuyan 17 min 272 tələbə də ailələri ilə ölkəni tərk edəcəklər.
Səudiyyə Ərəbistanı Təhsil Nazirliyindən verilən açıqlamada, Ər-Riyad rəhbərliyinin Kanada ilə təhsil, təqaüd və tələbə göndərilməsi proqramlarını dayandırdığı qeyd edilərək, tələbələrin başqa ölkələrə köçürüləcəyi bildirilib.
Araşdırmaya görə, bu tələbələrin Kanada iqtisadiyyatına töhfələri, təhsillə bərabər ailələri üçün çəkilən xərclərlə 500 milyon dollara çatır.
Ticarət həcmi 4 milyard dollardır
Kanada Statistik Komitəsinin məlumatlarına görə, Kanadanın Səudiyyə Ərəbistanı ilə 4 milyard dollarlıq ticarət dövriyyəsi var. Kanada, Səudiyyə Ərəbistanının verdiyi son qərar ilə bu məbləğdən də məhrum olacaq.
"Saudia", Torontoya uçuşları dayandırır
Böhranın təsir etdiyi digər bir sahə də iki ölkə arasında beynəlxalq uçuşlar dır. Səudiyyə Ərəbistanı Hava Yolları "Saudia"dan verilən yazılı açıqlamada, Kanada ilə olan ticarət əlaqələrinin dondurulması qərarı çərçivəsində 13 Avqust Bazar ertəsi günündən etibarən Kanadanın Ontario əyalətinin mərkəzi Torontoya gediş-gəliş səfərlərinin dayandırılacağı bildirilib.
Digər tərəfdən, Səudiyyə orqanlarının verdiyi qərarla Kanada ilə Səudiyyə Ərəbistanı qeydiyyatlı şirkətlərin üçüncü ölkələrdəki tərəfdaşlıqlarının da araşdırıldığı qeyd edilir.
Böhranı şərh edən ekspertlər, Kanada xarici işlər naziri Freelandin atdığı "tweet" ilə başlayan böhranın ölkə iqtisadiyyatına xərcinin hələlik 20 milyard dollar olduğunu, ancaq bu rəqəmin artacağını dilə gətirirlər.
Nə olmuşdu?
Hazırda Ər-Riyadda həbsdə olan Səudiyyə Ərəbistan əsilli Kanada vətəndaşı bloger Raif Badavini ziyarətə gedən bacısı Samar Badavi və bir qadın həbs edilib. Bundan sonra Kanadanın Xarici İşlər Naziri Chrystia Freeland "Twitter"dəki hesabından bir açıqlama vermişdi. Açıqlamada, sözügedən həbslərə görə "çox narahat" olduğunu bildirən nazir Freeland, Səudiyyə Ərəbistanını məhbusları dərhal azadlığa buraxmağa çağırmışdı.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi də eyni yol ilə gedərək rəsmi "Twitter" hesabından Kanada ilə bütün ticarət əlaqələrini dondurduğunu, Kanadanın Ər-Riyaddakı səfirinə ölkəni tərk etməsi üçün 24 saat vaxt verdiyini və öz səfirini də geri çağırdığını bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
11 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
13 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti








.jpg)
















