Azərbaycanın 13%-nə 1 milyard 800 milyon manat ödənilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ilkin məlumatlarına əsasən, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1 milyard 792,8 milyon manat vəsait yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 118,1 milyon manat və ya 7,0 faiz çoxdur. Vəsaitin 97,9 faizini pensiya xərcləri təşkil etmişdir.
2018-ci ilin altı ayı ərzində əhaliyə 38,4 milyon manat məbləğində müavinət ödənilmişdir ki, bunun da 29,2 faizi hamiləliyə və doğuma görə, 32,4 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,6 faizi dəfn üçün, 20,8 faizi isə digər məqsədlər üçün ödənilən müavinətlərə yönəldilmişdir.
2018-ci il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 311,7 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 13,4 faizini təşkil edir. Onların 58,6 faizi yaşa, 29,9 faizi əlilliyə, 11,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz artaraq 219,2 manat təşkil etmiş və orta aylıq əmək haqqının 39,6 faizinə (2017-ci ilin birinci yarısında 38,7 faizinə) bərabər olmuşdur.
2018-ci il iyulun 1-i vəziyyətinə 409,3 min nəfərə sosial müavinətlər təyin olunmuşdur. Yaşa görə müavinət alanların sayı 42,7 min nəfər, əlilliyə görə - 164,1 min nəfər, ailə başçısını itirməyə görə - 45,5 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 74,0 min nəfər olmuşdur.
Əmək pensiyası almaq hüququ olmayan 54,1 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilmişdir ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,7 faiz çoxdur.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 320 nəfər qəyyumuna aylıq müavinət verilmişdir. Bununla yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də baş vermiş qəzanın ləğvində iştirak edərək I və II qrup əlil olmuş şəxslərin və müddətli hərbi xidmət qulluqçularının 9,7 min ailəsinə 17,6 min uşaq üçün aylıq müavinət verilmişdir. Bundan əlavə, 775 nəfər bir yaşadək uşağa görə 768 ailəyə və beşdən çox uşağı olan 2,9 min qadına 8,9 min uşaq üçün sosial müavinət verilmişdir.
2018-ci ilin altı ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 48391 nəfərə, o cümlədən 38685 uşağın doğulmasına görə, 4223 nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 3942 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirmiş 1541 nəfərin dəfni üçün birdəfəlik müavinətlər verilmişdir.
Cari ilin iyulun 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 413 nəfər zərərçəkən kompensasiya almışdır.
Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuş müxtəlif kateqoriyadan olan şəxslərin sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz artaraq 62,5 min nəfər olmuşdur.a
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 gün sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
1 gün əvvəl
AYNA taksilərlə bağlı qaydaların dəyişdiyinə dair yayılan xəbərlərə aydınlıq gətirib
-
-
1 gün əvvəl
Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
-
1 gün əvvəl
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
-
1 gün əvvəl
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Macarıstanda Peter Magyarın qələbə qazanacağı proqnozlaşdırılır - Forint bahalaşır
-
1 gün əvvəl
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri dəyişib
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Aprelin 11-də gözlənilən hava şəraiti
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq
























