Azərbaycanda HR sahəsində yenilik - “Onset”
Müasir dövrdə İnsan Resurslarının idarə edilməsi olduqca maraq doğuran və önəmli sahələrdən biridir. Bu sahə özünəməxsus xüsusiyyətlərinə və zəruriliyinə görə daim seçilir.
Qeyd etmək istərdik ki, İR idarə edilməsi sahəsi vacib olmasına baxmayaraq bu sahədə mütəxəssislərin az olması ilə seçilir. Doğrudur, bu sahə ilə bağlı keçirilən təlimlərin sayı olduqca çoxdur. Hətta, bununla bağlı tədris sahəsi də mövcuddur. Lakin, keçirilən tədris və təlimlərdən əldə olunan biliklərin təcrübədə tədbiq edilməsi bir o qədər də qənaətbəxş deyil.
Həyata keçirilmə metodları, effektliyi və keyfiyyətli nəticənin əldə olunmasına görə fərqlənən təlim-təcrübə proqramlarından biri də “ONSET”təlim-təcrübə proqramıdır. Bugünkü mövzu ilə bağlı olaraq müsahibəmizin qonağı Mütəllimova Gülzar xanımdır.O, “ONSET”təlim-təcrübə proqramının rəhbəri, o cümlədən, “Business Service Centre” MMC-nin 9 ilə yaxın təcrübəyə malik olan, əmək hüququ üzrə ixtisaslaşmış hüquqşünasıdır.
-Gülzar xanım, zəhmət olamasa, “ONSET” təlim-təcrübə proqramı haqqında məlumat verərdiniz.
-“ONSET” HR təlim-təcrübə proqramıdır. “ONSET”azərbaycan dilinə tərcümədə “Başlanğıc” deməkdir. Bu proqram insan resurslarının idarə edilməsi sahəsində biliklərə yiyələnmək, yeni bacarıqlara sahib olmaq, bu sahədə təcrübəyə malik olmaq istəyən şəxlər üçün nəzərdə tutulmuşdur. Bu proqramda iştirak etmək hər kəs üçün əvəzolunmaz bir fürsət, İnsan Resurslarının idarə olunması səhəsində isə uğurlu və peşəkar bir başlanğıcdır.
-Proqram kimlər üçün nəzərdə tutulmuşdur?
“ONSET”təlim-təcrübə proqramıəsasən tələbələr, məzunlar, HR sahəsinə dair nəzəri və təcrübi bilikləri olmayan, habelə bu sahədə nəzərə biliklərə malik olub təcrübəyə ehtiyacı olan şəxslər üçün nəzərdə tutulmuşdur.
-“ONSET”proqramının özəllikləri nədən ibarətdir?
Bu proqramın əsas özəllikləri və fərqli xüsusiyyətləri bunlardan ibarətdir:
-Nəzəri biliklərin HR sahəsində uzun müddətli iş təcrübəsinə malik olan mütəxəssislər tərəfindən keçirilməsi;
-Kadr sənədləşmələrinin aparılması ilə bağlı nəzəri və təcrübi biliklərin Əmək qanunvericiliyi üzrə ixtisaslaşmış peşəkar hüquqşünaslar tərəfindən həyata keçirilməsi;
-Nəzəri biliklərin təcrübədə tədbiq edilməsinin Azərbaycanda fəaliyyət göstərən bir çox tanınmış şirkətlərdə həyata keçirilməsi;
-Nəzəri biliklərin təcrübəyə tədbiq edilməsi, tədbiq zamanı yaranacaq çətinliklərin aradan qaldırılması və daha effektiv həll yollarının peşəkar təcrübəyə dayanaraq əldə edilməsi;
-İş təcrübəsi olmayan şəxslər üçün korporativ mədəniyyət, daxili nizam-intizam, müştəri ilə davranış qaydaları ilə tanış olmaq fürsətinin əldə edilməsi;
-Hər bir proqram iştrakçısına təcrübəli HR mütəxəssisin koordinator qismində təyin edilməsi;
-Kadr sənədləşməsinə dair tam sənədlərin şablonlarının təqdim edilməsi;
-Fərqlənmiş iştrakçılara gələcəkdə HR sahəsində karyera qurulması ilə bağlı “BSC"MMC tərəfindən dəstək olunması.
Proqramın müddəti və ödənişi nə qədərdir?
-Proqramın müddəti 6 ay təşkil edir. Hər ay üçün ödəniş isə 250 manatdır.
Onu da deyim ki, bu proqram sayəsində hər kəs qeyd etdiyim kimi nəzəri biliklərlə yanaşı təcrübi biliklərə də malik olacaqdır. Bizi digərlərindən fərqləndirən əsas cəhət isə praktiki biliklərin Azərbaycanda fəaliyyət göstərən tanınmış müəssisələrin real təcrübəsinə əsaslanmasıdır.
Qeyd etdiyimiz kimi hazırda bu sahə üzrə çoxsaylı təlimlər təşkil edilir.Bizim fərqliliyimiz isə ondan ibarətdir ki, ONSET proqramı yalnız nəzəri biliklərintədris edilməsi deyil eyni zamanda əldə edilmiş nəzəri biliklərin praktikada tədbiq edilməsini həyata keçirir. Artıq proqrama başlanılmışdır.
Proqrama çoxsaylı müraciətlər edilmişdir,lakin yerlər məhdud olduğu üçün yalnız 10 iştirakçı seçilmişdir. Yaxın müddət ərzində qısamüddətli Ekspress təlimlər, eləcə də yay məktəbləri təşkil etmək planlarımız var.
Eyni zamanda aprel və may aylarından etibarən mühasibatlıq və hüquq sahələri ilə bağlı təlim və təcrübə proqramlarına başlanılacaqdır.
Çox sağ olun, Gülzar xanım, ətraflı məlumatınıza görə təşəkkürlər !
Mailə Şamıyeva
“BSC”MMC-nin İnsan resursları üzrə mütəxəssisi
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 6 san. əvvəl
-
-
40 d. əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
45 d. əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
1 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
























