"Şahdağ" qış mövsümünü açır
“Şahdağ” Turizm Mərkəzi dekabrın 15-dən etibarən 2016-2017-ci il qış mövsümünü açıq elan edir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Sayca beşinci olacaq bu qış mövsümü üçün bütün texniki hazırlıq işləri başa çatdırılıb, kanat yolları və xizək yamacları istifadəyə hazır vəziyyətə gətirilib. Hər il olduğu kimi bu il də xizəkçilik üstünlük təşkil etsə də, aeroxizəkdə gəzinti, kanatla yüksəklikdən sürüşmə – ziplayn, kvadrosikll turları, uşaqlar üçün kirşələr, qarda tübinq, qarsıxıcı maşınlarda maraq dolu gəzinti və buz meydançası kimi qış əyləncələrinə əlavə olaraq, peyntbol, at üstündə gəzinti, uşaq parkı, paraplan və atıcılıq kimi yeni qış əyləncələri də hazırlanıb. Ənənəvi əyləncələr sırasına bu il atıcılıq və parapalan xidməti əlavə ediləcək.
Məlumatda qeyd olunur ki, bütün əyləncələrdən istifadə zamanı turistlər bütün təhlükəsizlik ləvazimatları ilə təmin edilir və daim bələdçilərin nəzarəti altında olurlar. Qonaqların mükəmməl istirahətini təşkil etmək üçün 2016-cı il ərzində texniki və xidmət sahəsində çalışan işçilərə 200-dən çox təlim təşkil olunub. Dünya üzrə hotellərin reytinqini təşkil edən www.booking.com saytının statistikasına əsasən, “Şahdağ Hotel və Spa” 9.0 balla qiymətləndirilərək, Azərbaycan üzrə 3-cü, şimal regionunda isə birinci yeri tutub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz





















