Hacıqabul sənaye məhəlləsində işlərin 70 faizi tamamlanıb
Hacıqabul rayonunun Atbulaq kəndi respublikanın qərb istiqamətinə uzanan şose və dəmir yollarının keçib getdiyi bir məkanda yerləşir. Bu, Bakı istiqamətindən qədim Şirvan torpağının ilk yaşayış məntəqəsidir. O, şimaldan çılpaq dağlar, cənubdan isə boz təpələrlə əhatə olunmuşdur.
Son illər yeni çəkilmiş avtomobil yolunun kənarı boyunca əkilmiş ağaclar bu ərazinin görkəmini xeyli dəyişdirmişdir.
Kənd rayon mərkəzindən 40, Ələt qəsəbəsindən isə 20-25 kilometr uzaqda yerləşir. Kəndin adamları özlərinə iş tapmaqda həmişə çətinlik çəkmişlər. Burada sənaye məhəlləsinin tikilməsi kənd əhalisinin sonsuz sevincinə səbəb olmuşdur. Axı onlar üçün tikilməkdə olan bu sənaye məhəlləsində iş yerləri açılacaq. Eşidəndə ki bundan sonra kənddə daha bir-iki müəssisənin tikilməsi də həyata keçiriləcək, bu sevinc birə-beş artmışdır.
Bu obyektin sifarişçisi “Azərbaycan İnvestisiya Şirkəti” ASC, icraçısı isə “Azərsənayetikintilayihə” MMC-dir.
Tikintinin layihə rəhbəri Qurban Bürcəliyevlə iş üstündə görüşürük. Yeri gəlmişkən deyim ki, onunla keçən ildən tanışıq. Masallı sənaye məhəlləsinin inşasına da o, rəhbərlik edib. Təcrübəli inşaatçıdır. Öyrəndik ki, Hacıqabul sənaye məhəlləsinin ümumi sahəsi 9 hektardır və burada tikinti işlərinə cari ilin ikinci rübündə başlanılıb. Dörd istehsal sahəsi üzrə sex binalarında işlər, demək olar ki, tamamlanmaq üzrədir. Biz orada olarkən həmin binaların fasad hissələri rənglənirdi.
Müəssisənin daxilində dəmir-beton məmulatından istifadə etməklə 9 yeraltı su anbarı inşa edilmişdir. Onlardan 2-si içməli, 2-si yanğın əleyhinə, 2-si texniki, 1-i suvarma və digər 2-si isə məişətdə istifadə olunan çirkli suların təmizləndikdən sonra yığıldığı anbarlardır. Müasir avadanlıqların köməyi ilə burada heç bir su itkisinə yol verilməyəcək. Bu proseslərin icrasında müxtəlif aqreqat və avadanlıqların quraşdırıldığı nasosxana mühüm rol oynayacaq. Müəssisənin elektrik enerjisi ilə etibarlı təminatı üçün əraziyə 14 kilometrlik yüksək gərginlikli hava xətti çəkilmiş, 3 yarımstansiya quraşdırılmışdır.
Sənaye məhəlləsinin tikintisində hazırda 200 nəfər çalışır və onların çoxu yerli adamlardır.
Sənaye məhəlləsinə yaxınlıqdan keçən magistral dəmir yolundan ayrılıb gələn xətt çəkilmişdir. Avtomobil yolunun çəkilişi isə davam etdirilir. Yolun asfalt örtüyü 36 min kvadratmetr olacaq.
Hazırda tikintidə işlərin 70 faizi görülmüşdür. İnşaatçılar sənaye məhəlləsini ilin sonuna kimi istifadəyə verməyi qərara almışlar. Müəssisə fəaliyyətə başlayandan sonra burada 500 nəfər çalışacaq.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© “Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 6 d. əvvəl
-
- 26 d. əvvəl
- 29 d. əvvəl
-
34 d. əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
1 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 1 saat əvvəl
-
1 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib




















