İki supermarketin birləşməsi araşdırlır
Böyük Britaniyanın Rəqabət Təşkilatından (CMA) verilən açıqlamada ölkənin aparıcı supermarket şəbəkələri "Sainsbury's" və "Asda"nın birləşməsi qərarına dair araşdırmanın başlanıldığı bildirilib. Qeyd edilib ki, birləşmə qərarının istehlakçılara mənfi təsirlərinin olub-olmayacağı araşdırılacaqdır.
"Marja" xəbər verir ki, bu ilin aprel ayında "Sainsbury's", ABŞ-ən iri pərakəndə şirkəti "Walmart"ın payı olan "Asda" ilə birləşmək qərarı verdiyini açıqlamışdı.
İngiltərə mətbuatında, birləşmənin 7,3 milyard funt-sterlinq (10 milyard ABŞ dolları) qarşılığında həyata keçirildiyi qeyd edilmişdi.
"Sainsbury's"dan aprel ayında verilən açıqlamada, hər iki şəbəkəyə məxsus mağazaların bağlanmayacağı, ixtisar olmayacağı qeyd edilərək, birləşmədən sonra "Asda"nın sahibi olan "Wallmart"ın yeni yaradılacaq şirkətdə 42% paya sahib olacağı bildirilmişdi.
Açıqlamada, birləşmədən sonra istehlakçıların mağazalardan təxminən 10 faiz endirimlə alış-veriş etmələrinin mümkün ola biləcəyi qeyd edilmişdi.
İki mağazanın birləşməsinə nəzarət strukturlarının razılıq verməsi halında, "Sainsbury's" 2 min 800 mağaza ilə İngiltərənin supermarket bazarının təxminən 31,4%-nə təkbaşına nəzarət edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























