Neft daha da bahalaşdı
Xam neftin qiymətləri ABŞ-ın kommersiya (satış məqsədli) xam neft ehtiyatlarının proqnozdan çox azalması ilə əlaqədar olaraq bahalaşır.
"Marja" xəbər verir ki, Brent növü xam neftin barrel qiyməti 76 dolları da keçib və Bakı vaxtı ilə saat 18:55-də 76,16 dollardan alıcı tapıb. Bu gün Brent nefti 2%-ə yaxın bahalaşıb.
Brent növü xam neftin barrel qiyməti İyulun 31-dən bu yana ən yüksək səviyyəsinə çatıb. Həmin tarixdən bəri Brent nefti 5%-ə yaxın bahalaşıb.
ABŞ-ın Qərbi Texas (WTI) tipli xam neftin barrel qiyməti də 69 dollara qədər yüksəlib və bu gün 1,6 faiz artım qeyd edib.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) açıqladığı göstəricilər, ölkədəki kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 5,8 milyon barrel (1,4 faiz) azalaraq 408,4 milyon barrelə gerilədiyini göstərib. Bazar gözləntisi ehtiyatların 1,5 milyon barrel azalacağı istiqamətində idi..
Ötən həftə ABŞ-ın İrana sanksiyalar tətbiq etməsindən sonra, qlobal neft hasilatında baş verəcək azalmaları əngəlləmək istəyən Səudiyyə Ərəbistanı istehsalı artırmağı təklif etmişdi. İranlı rəsmiləri bu təklifə qarşı çıxmış və narahatlıqlarını dilə gətirmişdilər.
ABŞ-ın İrana Noyabr ayında növbəti sanksiyalar tətbiq edəcəyi gözlənilir.
İrana tətbiq olunan sanksiyalardan sonra qlobal neft bazarındakı istehsal miqdarının nə qədər azalacağı qorxusu qiymətlərə təsir etməyə davam edir.
Çin - ABŞ cəbhəsində baş verənlər də neft bazarında təqib edilir. Çindən bir nümayəndə heyətinin bu həftə Vaşinqtona gedərək danışıqlar aparacağı gözlənilir.
Brent neftində ucuzlaşma meylinin davam etməsi üçün qiymətin 72 dollardan aşağı qalması lazım olduğunu qeyd edən mütəxəssislər, 72 dolların üzərindəki qiymətlərin bahalaşma işarəsi olduğunu bildirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)





