PAŞA Bankdan sahibkarlar üçün yeni hesablaşma-kassa xidmətləri
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank bazara yeni hesablaşma-kassa xidmətləri paketini təqdim edir.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, məhsul kiçik və orta sahibkarlar üçün nəzərdə tutulur. Tarif paketləri hesablaşma-kassa əməliyyatlarının yerli və beynəlxalq ödənişlər, nağd vəsait ilə əməliyyatlar, valyuta əməliyyatları, korporativ kartlar, akvayrinq və s. kimi əsas xidmətlərdən ibarətdir.
Bu günə PAŞA Bankın hesablaşma-kassa xidmətlərinə beş növ tarif paketi daxildir və hər birinin hazırlanmasında kiçik və orta sahibkarlıq biznesinin müxtəlif xüsusiyyətləri, eləcə də Müştərinin Bankla olan əməldaşlıq formatı nəzərə alınmışdır. Öz biznesi üçün ən münasib tarif paketini seçməklə və aylıq əsasda müəyyən komissiya haqqını ödəməklə Müştəri hesablaşma-kassa əməliyyatları çərçivəsində bütün xərclərinə tam nəzarət edir, optimal çeşid və həcmdə xidmətlərdən bəhrələnir və eksklüziv tariflərdən istifadə etmək imkanı əldə edir.
PAŞA Bankın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovkonun sözlərinə görə hazırkı bazar şəraitində biznes həm öz xərclərinin və əməliyyatlarının optimizasiyasına, həm də maliyyə vəsaitlərinin idarə edilməsinin effektivliyinin artırılmasına diqqət yetirməlidir. Bunu nəzərə alaraq, PAŞA Bank tərəfindən hazırlanmış tarif paketləri sahibkarların gündəlik ehtiyaclarının təmin edilməsi üçün gözəl alət ola bilər.
"Yuxarıda qeyd edilmiş yanaşma kiçik və orta sahibkarların xidmətlə təmin olunmasına tətbiq edilən individual həll yoludur və hər bir biznesin tələbatı nəzərə alınaraq qarşısında duran vəzifələrdən asılı olaraq hazırlanıb. Sahibkar üçün bu alətin istifadə edilməsinin əsas üstünlükləri gündəlik bank əməliyyatlarını optimallaşdırmaq, xərcləri planlaşdırmaq və idarə etmək və əsas fokusu öz biznesinin inkişafı ilə bağlı ən önəmli olan strateji aspektlər üzərində cəmləşdirməkdən ibarətdir", - deyə A. Qolovko öz fikrini tamamlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)












.jpg)


