"Nestle" və "Starbucks"dan böyük saziş
İsveçrənin iri qida şirkəti "Nestle" ilə dünyanın ən böyük qəhvəxana şəbəkələrindən biri olan ABŞ-ın "Starbucks" şirkəti arasında bir müddətdir davam edən lisenziya müqaviləsi danışıqları müsbət nəticələnib.
"Marja" xəbər verir ki, hər iki şirkətdən verilən birgə açıqlamaya görə, "Nestle" bundan sonra dünya miqyasında "Starbucks" məhsullarını da satacaq. Hər iki şirkət arasındakı lisenziya müqaviləsinin qiyməti isə 7.15 milyard dollar olaraq açıqlanıb.
Müqaviləyə əsasən "Nestle", "Starbucks" məhsullarını satmaq hüququ qazanıb. Hazırda "Starbucks" məhsulları yalnız eyni adlı mağazalarda satılır.
Bununla yanaşı, "Starbucks"ın 500 işçisi də "Nestle" şirkətinə transfer olacaq.
Müqaviləyə görə, "Nestle", illik satışları 2 milyard dollar həcmində olan ABŞ-ın "Starbucks" şirkətinə nağd olaraq 7.15 milyard dollar avans ödəyəcək. "Nestle", müqavilənin şirkətin hədəflərinə müsbət bir töhfə verəcəyini gözləyir.
Digər tərəfdən, məsələ ilə əlaqədar olaraq "Starbucks" tərəfindən daha əvvəl verlən açıqlamada, müqavilə ilə əldə edilən qazancın səhmlərinin geri alınmasında istifadə ediləcəyi bildirilmişdi. Şirkət, geri alışlar və dividend ödəmələri vasitəsilə 2020 maliyyə ilinin sonuna qədər təxminən 20 milyard dollar səviyyəsində gəlir götürməyi nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























