Azərbaycanın lizinq şirkəti ağır vəziyyətdə - BİR HİSSƏSİ SATILA BİLƏR
“Finans Lizinq” ASC lizinq şirkəti 2018-ci ilin ilk yarsını zərərlə başa vurub. Şirkətin yarım illik hesabatına görə, bu ilin ilk 6 ayında şrkətin cəmi gəlirləri 144 min 446 manat, cəmi xərcləri 181 min 871 manat təşkil edib.
Yekunda, “Finans Lizinq” ASC hesabat dövrünü 37 min 381 manat zərərlə başa vurub. Qeyd edək ki, şirkət ötən ili də 160 min 192 manat zərərlə başa vurub. Bu da 2018-ci ilin altı ayna nisbətən 4,3 dəfə çoxdur.
Bu ilin ilk yarımilkinin sonunda şirkətin cəmi aktivləri 2 milyon 873 min 271 manat olub. Ötən ilin sonunda şirkətin aktivləri 3 milyon 434 min 424 manat olmuşdu, başqa sözlə, bu ilin ilk 6 ayında şirkətin aktivləri 16,4% azalıb.
“Finans Lizinq”in idarə heyətinin sədri Rabil Məmmədovun verdiyi məlumata görə, şirkətin qarşılaşdığı problemlərin səbəbi manatın devalvasiyası olub. Şirkət indiyədək devalvasiyanın mənfi təsirlərini aradan qaldıra bilməyib: “Dolların bahalaşması xarici valyutada kredit götürmüş müştərilərimizə çox pis təsir etdi. Onların əksəriyyətində problemlər yarandı, məsələn, əvvəllər 1000 manat ödəməklə borcunu artıqmamasıyla ödəyən müştərimiz indi həmin məbləği ödəyəndə gecikmədən çıxa bilmir. Əsas problem dollarla verilən kreditlərdir”.
Bu səbəbdən şirkətin 1 milyon 168,5 min manatlıq kredit portfeli olduğu halda yarım milyon manata yaxın problemli krediti yığılıb. Hazırda İdarə heyətinin sədri bildirir ki, “Finans Lizinq” artıq bir il yarımdır ki, lizinq verilməsi dayandırlıb və hazırda borclarını toplamaqla məşğuldur.
Kreditlərin toplanasındakı problemlər “Finans Lizinq”in öz öhdəliklərini icra etməkdə də çətinlik yaradıb. İdarə heyəti sədrini sözlərinə görə, hazırda şirkət əsas kreditorları ilə əldə etdiyi razılıq əsasında öhdəliklərini hissə-hissə icra etməkdədir. Bura “Finans Lizinq”in aldığı kreditlər və dollarvə manatla buraxdığı istiqrazlar üzrə ödəmələr aiddir. Bir qədər əvvəl şirkət “Xalq Bank” qarşısındakı kreditini tam bağlayıb.
Yaranmış çətinliklərə görə şirkətin işçilərinin bir hissəsi ixtisar edilib. Bu özünü əmək haqqı xərclərində göstərir. İlk yarım ildə əmək haqqı xərcləri 11 min 857 manat təşkil edib. Bütün ötən il üzrə isə bu göstərici 58 min 127 manat olub. Başqa sözlə, şirkətin əmək haqqı xərcləri analoji dövrlə müqayisədə 2 dəfədən çox azalıb.
Şirkətdə yaranmış vəziyyət və çıxış yolları “Finans Lizinq”in səhmdarlarının sentyabrın 7-də keçiriləcək növbədənkənar yığıncağında müzakirə ediləcək. Vəziyyətdən çıxış yollarından biri şirkətə əlavə səhmdarın cəlb edilməsi ola bilər. Amma buna səhmdarlar qərar verməlidirlər.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
12 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)


.jpg)


