Xurma istehsalı və emalındakı mövcud vəziyyət müzakirə edilib
Kənd təsərrüfatı naziri İnam Kərimov ölkədə xurma istehsalı, emalı və ixracatı ilə məşğul olan fermer və sahibkarlarla görüşüb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, nazirliyin əsas fəaliyyət prinsiplərindən birinin fermerlərlə sıx əməkdaşlıq qurmaq olduğunu deyən İ.Kərimov bu məqsədlə müxtəlif sahələr üzrə ixtisaslaşmış assosiasiyaların üzvləri ilə mütəmadi görüşlər keçirdiyini bildirib.
Nazir Prezident İlham Əliyevin imzaladığı Fərmana uyğun olaraq yerlərdə kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradıldığını xatırladıb, DAİM-lərin xidmətyönümlü fəaliyyət göstərəcəyini qeyd edib.
Görüşdə çıxış edən fermer və sahibkarlar xurma istehsalçıları və ixracatçılarının bir araya gələrək assosiasiya yaratmaq təşəbbüsü ilə çıxış etdiklərini deyiblər. Yeni assosiasiya Azərbaycanın 11 rayonunda 59-dək xurmaçı və xurmaçılıq sahəsində çalışan şirkət və fermerləri öz sırasında birləşdirəcək. Yaradılacaq assosiasiyanın illik istehsal gücü 6000 ton, ixracat potensialı isə 5400 tondur. Qeyd olunub ki, yeni assosiasiyanın yaradılmasında məqsəd Azərbaycanda xurma bağlarının sayının artırılması, xurma istehsalının genişləndirilməsi və ixracatın maksimum səviyyəyə çatdırılmasıdır.
Çıxış edən fermer və sahibkarlar Kənd Təsərrüfatı Nazirliyinin kəndli və fermerlərlə yaxınlıq, kənd təsərrüfatında düzgün idarəçiliyə nail olmaq və innovasiyaların tətbiqini həyata keçirmək siyasətini dəstəklədiklərini bildiriblər.
Görüşdə xurma istehsalı və emalı sahəsində mövcud vəziyyəti dəyərləndirilib, ölkənin ixracat potensialının artırılması üçün təkliflər irəli sürülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)
















.jpg)

