Elektrik enerjisi sahəsində üçüncü qurum yarana bilər
"Hazırda Azərbaycanda iki qurum var – istehsalçı və paylayıcı, nəqletmə də bu istehsalçının əlindədir”.
Bunu enerji məsələləri üzrə ekspert İlham Şaban açıqlamasında deyib.
"Azərbaycana tövsiyə edilən məsələ ondan ibarətdir ki, ölkəmizin elektrik enerjisi sistemində generasiya olunan qurğular, yəni elektrik stansiyaları, istehsal bir qurumda, elektrik enerjisinin nəqli, ötürülməsi digər bir qurumda, paylayıcı şəbəkələr, yəni onu əhaliyə və istehlakçıya satan isə üçüncü qurumda olmalıdır" — deyə ekspert bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda iki qurum var – istehsalçı və paylayıcı. Nəqletmə də bu istehsalçının əlindədir: "Ona görə də hesab edirəm ki, tövsiyələr nəticəsində ölkəmizdə üçüncü qurum yaranacaq. Azərbaycanda iyul ayında enerji probleminin olması göstərdi ki, məsələ heç də 6 milyard investisiya qoyub, elektrik stansiyaların enerji hasil edən mənbələrinin yaradılması ilə bitmir. Və yaxud da son 10 ildə paylayıcı şəbəkələrin yenidən qurulması məsələsini diqqətdə saxlamaqla iş bitmir".
Ekspertin fikrincə, əsas məsələlərdən biri elektrik stansiyaları ilə paylayıcı şəbəkələr arasında logistikanın, yəni düzgün paylaşma sisteminin qurulması və enerjinin nəql edilməsi sistemidir: "Bu da Azərbaycanda Sovet dönəmindən qalıb və faktiki olaraq funksiyası dəyişdirilməyib. İndi bu, yenidən yaradılmalı və ona yeni bir qurum rəhbərlik etməlidir. Bu da həm itkilərin azaldılması, həm də enerji sahəsində şəffaflığa xidmət edən bir addım olacaq".
"Üç qurum olanda enerjinin hasil edilməsi, ötürülməsi və onun alınması ilə bağlı ayrıca hesabatlar veriləcək. Bu zaman məlum olacaq ki, hansı qurumda xəta və itkilər baş verir və cavabdehlik kimin üzərindədir" — deyə o bildirib.
Ekspert Avropa təcrübəsində bunun geniş yayıldığını diqqətə çatdırıb.
© Sputnik-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
32 d. əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bank sektorunda təmərküzləşmə azalıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Ən çox oxunanlar
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU





.jpg)







.jpg)







