Sahibkarların DSMF-yə borcları artıb
2017-ci ildə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) debitor borclar 7,1% artaraq 367 milyon 312 min manata çatıb.
"Marja" Hesablama Palatasının "Dövlət Auditi" jurnalının ikinci sayına istinadən xəbər verir ki, büdcə təşkilatlarının Fonda borcu ilin əvvəlinə nisbətən sonunda 831,2 min manat və ya 9,8% artaraq 9 milyon 332 min manata çatmış, Fonda borcların ümumi məbləğində müvafiq xüsusi çəki göstəricisi 2,5% təşkil etmişdir. Fond tərəfindən təqdim edilmiş məlumata əsasən büdcə təşkilatlarının debitor borcları, əsas etibarilə, cari borclardan ibarət olmuşdur.
2017-ci ilin əvvəlinə nisbətən sonunda əsas artım iri sığortaedənlər üzrə olmuş, bu istiqamət üzrə Fonda olan borc ilin əvvəlinə nisbətən sonunda 136 milyon 321,1 min manat və ya 3,9 dəfə artaraq 184 milyon 104,4 min manata çatmışdır ki, bu da Fonda olan ümumi borc məbləğinin 50,1%-i qədərdir.
Əsas artım dövlət mülkiyyətində olan digər iri sığortaedənlərin borcları üzrə olmuşdur. Belə ki, həmin sığortaedənlərin ilin əvvəlinə Fonda borcu olmadığı halda ilin sonuna onların Fonda 134 milyon 605,9 min manat borcu yaranmışdır ki, bu da Fonda olan ümumi borc məbləğinin 36,6%-i qədər, iri sığortaedənlər üzrə Fonda ümumi borc məbləğinin 73,1%-i qədərdir Qeyd edilməlidir ki, iri sığortaedənlərin maliyyə sanksiyaları üzrə borclarının məbləği ilin əvvəlinə nisbətən sonunda 35 milyon 113,9 min manat və ya 4,1 dəfə artmışdır ki, bunu da dövlət mülkiyyətində olan digər iri sığortaedənlər üzrə il ərzində 33 milyon 739,9 min manat maliyyə sanksiyasının hesablanması şərtləndirmişdir. Maliyyə sanksiyasının hesablanması isə borcların cari borclar deyil, ödəniş müddəti keçmiş borclar olduğunu deməyə əsas verir.
Bələdiyyə mülkiyyətində olan təşkilatların da Fonda borcları ilin əvvəlinə nisbətən sonunda 514,5 min manat və ya 5,9% artaraq 89 milyon 163,2 min manata çatmış, Fondun ümumi debitor borclarında xüsusi çəki göstəricisi isə 2,5% səviyyəsində qalmışdır.
Digər hüquqi şəxslərin Fonda borcunun məbləğində ilin sonunda əvvəlinə nisbətən 115 milyon 724,1 min manat və ya 44,7% azalma olmuş, borc məbləği 142 milyon 801,7 min manat təşkil etmişdir ki, bu da Fondun ümumi debitor borclarının 38,9%-i qədərdir.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin Fonda borcu ilin əvvəlinə nisbətən sonunda 2 milyon 542,5 min manat və ya 13,1% artaraq 21 milyon 911,1 min manata çatmış, Fondun ümumi debitor borclarında müvafiq xüsusi çəki göstəricisi isə ilin əvvəlindəki 5,6%-dən sonunda 6,0%-ə qalxmışdır.
Fondun ilin sonuna fiziki şəxslər üzrə debitor borcunun 8 milyon 534,2 min manatı və ya fiziki şəxslər üzrə ümumi borcun 38,9%-i ticarət və tikinti sahələrində fəaliyyət göstərən fiziki şəxslərə aid olmuşdur ki, həmin fiziki şəxslər üzrə də ilin əvvəlinə nisbətən sonunda debitor borcları 2 milyon 442,1min manat və ya 22,3% azalmışdır.
Digər sahələrdə fəaliyyət göstərən fiziki şəxslərin Fonda borcu isə ilin əvvəlinə nisbətən sonunda 5 milyon 82,3 min manat və ya 63,4% artaraq 13 milyon 97,5 min manata çatmışdır ki, bu da fiziki şəxslər üzrə ümumi borcun 59,8%-i qədərdir.
Pay torpağı olan fiziki şəxslərin isə Fonda borcları ilin əvvəlinə nisbətən sonunda 97,7 min manat və ya 26% azalmış, borcun məbləği fiziki şəxslər üzrə cəmi borcun 1,3%-i qədər olmaqla 279,4 min manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
2 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
4 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
4 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
4 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar





















